10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ağsunu qara günə qoyan icra başçısı ilə Səlim Müslümovun cinayət dosyesi – Video

18 İyul 2018, 01:13
Seçmə, Manşet, Banner
A A
Ağsunu qara günə qoyan icra başçısı ilə Səlim Müslümovun cinayət dosyesi – Video

Ağsunun adı ağ və sudan ibarət olsa da, əhalinin yaşayışı, güzəranı nə ağdır, nə də su kimi…

Camaatın gününü “göy əskiyə bükən”lər rayonu viran qoyaraq, altını üstünə çevirərək, xarabalığa döndəriblər.

Dogruxeber.Az bu xarabalığın üstündə isə Ağsunun “ömürlük” icra başçısı Ənvər Seyidəliyev və keçmiş nazir olan qohumu Səlim Müslümov özlərinə malikanələr, saraylar ucaldıblar.

 Ə.Seyidəliyevin rayona rəhbərlik etdiyi 11 il ərzində gördüyü işlərin hesabatını versə, ictimai fəaliyyətinə dair bircə fakt belə ortaya çıxmaz.

Çünki istərsə büdcə vəsaitləri, istərsə daxili resurslar Ağsunun deyil, Seyidəliyevlə Müslümovun inkişafına xidmət edib.

Dəfələrlə qocaman icra başçısının qanunsuz əməllərindən mediada bəhs olunub. Onun

Bunu təkcə mətbuat yazmır, eləcə də rayonun müflis edilmiş, aldadılmış və mülkiyyət hüquqları tapdanmış sakinlərindən biri – Oruclu Adil Aydın oğlu bəyan edir.

Onun saytımıza verdiyi açıqlamalar və prezident İlham Əliyevə etdiyi müraciətdəki detallar tükürpədicidir. Çünki icra başçısı ən amansız addımlar atıb.

Məlum olur ki, həm sözügedən şikayətçi A.Orucluya, həm yerli sakinlərə “divan tutub”, haqlarını pozub, iş yerlərini əlindən alıb. Əvəzində?

Əvəzində isə yaxın qohum-əqrəbasını, adamlarını 11 il ərzində ayrı-ayrı postlara, vəzifələrə yerləşdirməklə Ağsuda qubernatorluq yaradıb.

Bu işdə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri işləmiş bacısı oğlu və həm də bacanağı olan S.Müslümovun da “əməyi” az deyil.

A.Oruclu qeyd edir ki, Ağsunun icra başçısı işlədiyi 11 ildə rüşvətdən başqa heç nə bilmir. Onun sözlərinə görə, özü kimiləri ətrafına toplayaraq rayonu idarə edir.

Sitat: “Büdcədən ayrılan vəsaitləri ildə iki dəfə mərkəzi küçələri söküb düzəltməklə mənimsəyir, büdcə pulları təyinatı üzrə xərclənmir. Ona görə də bu pullara Türkiyədə, İtaliyada villalara sahibləniblər.

Səlim Müslümovun icra başçısı ilə birgə işlətdiyi 20-dən çox marketi var. 25 hektardan çox torpaq mənimsəyiblər, camaata 1 sot torpaq verə bilmirlər, çünki fondda torpaq qalmayıb. Hamısını hasarlayıblar.

Bundan başqa, “Paşa” holdinqin adından sui-istifadə edib 11 min hektar özəlləşdiriblər. Buğda yerinə arpa əkirlər, sonra buğda kimi rəsmiləşdirib dövlətdən subsidiya alırlar.

Girdimançayda qum-çınqıl karxanaları var. Restoranlar şəbəkəsi, şadlıq evləri var. Hətta Ənvər Seyidəliyev qəbir yerlərinin ətrafını da satıb. Bütün bunların hamısını cənab prezidentə yazmışam”.

A.Oruclu qeyd edir ki, bu 11 il ərzində yaxşı kadrları işsiz qoyublar: “Özü kimi yalançılara vəzifə verdilər. Amma məni 11 il aldadıb iş vermədilər.

Halbuki, Səlim Müsümov Türkiyədə oxuyanda ona da köməyim dəyib, təhsilinə 5 min rubl pul keçirmişəm. Həmin vaxt Ağsuda konserv zavodun müdiri idim.

Bundan əlavə, o vaxt Ənvər Seyidəliyevə 33 ton benzin, dizel kömək etmişəm, onu həbsdən qurtarmışam. Amma əvəzində bu da yaxşılığı…əlimdə nə varsa alıb”.

Şikayətçi konkret olaraq park ərazisində sökülən kafesini göstərir: “Ağsuda Zərifə Əliyeva adına park salırlar. Hərçənd bildiriş yoxdur.

Buna görə ordakı kafemi sökdülər, icra başçısı vəd verdi ki, 80 min manat təzminat ödəyəcək.

Amma məni aldatdı, kafenin qanuni sənədini götürdü, sonra dedi ki itirmişəm və axırda cəmi 1000 manat verdi.

Dedi ki, get İlham Əliyevdən pul istə, onun anasının adına park salmışam. Bax belə, danışığını bilməyən, özünü düşünən, yalançı, dövlətə deyil, özünə xidmət edən məmurdur. Odur ki, 11 ildə Ağsunun 95 faizini özəlləşdiriblər”.

A.Oruclu mülkiyyət hüquqlarının bərpa olunması və obyektiv kompensasiya ödənilməsi tələbi ilə prezidentə, I vitse-prezidentə, ayrı-ayrı dövlət orqanlarına müraciət edib.

“Mən cənab prezidentə xahiş edirəm ki, belə adam dövlətə yox, özünə xidmət adamlardır, onu vəzifədə saxlamasın. Necə ki Səlim Müslümovun əməlləri ortaya çıxdı, dayısının da işlərinin üstü açmaq üçün bir yoxlama kifayətdir.

Eyni zamanda bir sahibkar və vətəndaş olaraq sökülən kafemə görə mülkiyyət hüquqlarım bərpa olunsun, kompensasiya ədalətli şəkildə ödənilsin. Tək ümid yerim İlham Əliyevdir, onaq və qanunun aliliyinə inanıram”.

Dogruxeber.Az

 

 

Əvvəlki yazı

Adnan Oktarın “kedicikləri”nin FUNKSİYALARI ÇÖZÜLDÜ – İNANILMAZ FAKTLAR

Sonrakı yazı

İcra başçısı Milli Mətbuat Günü ərəfəsində jurnalisti həbs etdirir – prezidentə qarşı…

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.