02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ağsuda kriminal-feodal idarəçilik- Seyidəliyev qardaşları sakinlərdən “haqq” tələb edir

22 May 2018, 21:25
Seçmə
A A
Ağsuda kriminal-feodal idarəçilik- Seyidəliyev qardaşları sakinlərdən “haqq” tələb edir

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qohumları özlərinin doğma Ağsu rayonunda kriminal-feodal strukturu-sprut yaradıblar.

Yerli KİV-lərdə dərc olunan yazılarda belə deyilir və bildirilir ki, onlar rayonun praktiki olaraq bütün sakinlərinə “haqq” (“özəl vergi”) tətbiq ediblər.

Bildirilir ki, klanın başında Səlim Müslümovun dayısı, eyni zamanda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və onun qardaşı Mirfazil Seyidəliyev dururlar.

Seyidəyliyevlərin Ağsuda yaratdıqları feodal qaydaları haqda mətbuatda ilk dəfə deyil yazılır. Uzun müddətdir ki, Ağsuda icra başçısı Ənvər Seyidəliyevin rayonda “ailə hakimiyyəti” qurması və başçının qohumlarının rayonu soyub-talaması haqqında məlumatlar ölkə KİV-inin gündəmindən düşmür. Lakin…

Rayonda əksəriyyət Ənvər Seyidəliyevin “toxunulmazlığını” başçının Səlim Müslümovun dayısı olması ilə əlaqələndirir. Çünki hakimiyyət dairələrində müəyyən nüfuz sahibi olan Səlim Müslümov öz geniş əlaqələrindən istifadə edərək dayısının özbaşınalıqlarını müdafiə edib.

Mirfazil Seyidəliyevə gəlincə, onu Ağsuda uşaqdan-böyüyə hamı tanıyır. Çünki qapı-qapı düşüb bacısı oğlu Səlim Müslümovun və icra başçısı olan qardaşının adından əhalidən “haqqı” məhz o toplayır.

Ağsuda kriminal-feodal idarəçilik-

Qeyd olunur ki, özünü “ağır seyid” kimi təqdim edən Mirfazil Seyidəliyev Ağsuda, demək olar, hər kəsə “aylıq vergi” təyin edib. Məsələn, xırda dükanlar M. Seyidəliyevə hər ay 100 manat verməlidir. Sahəsi 20 kvadratmetrdən artıq olan dükanlar 200, 50 kvadratmetrdən artıq olan dükanlar isə 300 manat… Verginin miqyası həm kvadratmetrə, həm də dövriyyəyə görə artır. Bu siyahıya Ağsuda fəaliyyət göstərən bütün iaşə obyektləri, kafe və restoranlar, o cümlədən digər sahələrdə fəaliyyət göstərən kiçik və orta biznes qurumları daxildir. Eyni zamanda Ağsuda fəaliyyət göstərən yük maşınları, taksilər, müxtəlif xidmət maşınları da Mirfazil Seyidəliyevə “vergi” verirlər. Misal üçün, daş daşıyan yük maşınlarının hər biri S.Müslümovun dayısına, icra başçısının isə qardaşına 200 manat verir. Əks təqdirdə onlar daş satmağı xəyallarından belə keçirə bilməzlər.

“Özəl vergi”ni verməyənlər isə “Müslümov-Seyidəliyev klanı”nın digər vəzifəli şəxsləri ilə üz-üzə gəlirlər. Yəni elə bir vəziyyətə salınırlar ki, həmin ay müxtəlif qurumlara verəcəklərinin 10 qatı qədər cərimə ödəməli olurlar. “Ağıllanmayanların” isə “obyektləri” ümumiyyətlə bağlanır və onlar müflis vəziyyətdə Ağsudan didərgin salınırlar.

Məsələn, Ağsuda daş bazarı var. Amma Fazil Seyidəliyev həmin bazara “qıfıl” vurub. Niyəsi isə çox sadədir. Ağsu rayonunun Ağabəyli kənd sakinləri olan daş bazarının sahibləri M. Seyidəliyevin şərtləri ilə razılaşmayıblar. Bundan sonra M.Seyidəliyev Ağsuya gəlib-gedən bütün daş maşınlarının sürücülərinə ismarıc yollayıb ki, Ağsu daş bazarına gedən maşın ikinci dəfə rayona girə bilməyəcək. Elə o gündən də Ağsuda daş satıb ailəsinə çörək aparan maşın sürücüləri rayonun küçələrinə səpələniblər. Kim harada istəyir, maşınını orda da saxlayır, müştəri gəzir. Daş bazarı isə, necə deyərlər, ağzı günə qalıb.

Ağsuda kriminal-feodal idarəçilik-

Bildirildiyinə görə, hazırda Mirfazil Seyidəliyev Ağsu daş bazarının sahibləri olan qardaşlardan bazarı bütöv şəkildə tələb edir. Yəni qardaşlardan tələb olunub ki, bazarı təhvil versinlər və Ağsunu tərk eləsinlər.

Hələlik qardaşlar Mirfazil Seyidəliyevin və klanın bu özbaşınalıqlarına qarşı dirəniş göstərirlər. Amma bunun nə qədər çəkəcəyi məlum deyil…

Ancaq o da var ki, qüdrətli nazir Səlim Müslümovun vəzifəsindən çıxarılması kriminal sprutun planlarını dolaşıq salıb.

S. Müslümovun yüksək vəzifədən gedişindən sonra KİV-də “Müslümov-Seyidəliyev klanı”nın əvvəlki cinayətləri haqda xəbərlər yayılmağa başladı. Məsələn, Ağsu sakini Rövşən Daşdəmirov öz atasının rayon klanının nümayəndələrindən biri olan Fətulla Seyidəliyev tərəfindən qətlə yetirilməsinin qorxunc tarixçəsi barədə videoyazı yaydı.

Rövşənin atası Mahmud Daşdəmirov 35 il yerli poçt şöbəsində baş mühasib vəzifəsində işləyib. Onun vəzifəsinə həm də pensiyaçılara verilən müavinətlərin vaxtında sahiblərinə çatdırılmasını təmin etmək daxil idi.

9 sentyabr 2002-ci ildə yerli bankda direktor vəzifəsini tutan Fətulla Seyidəliyev onun evinə gəlib. O, Mahmud Daşdəmirova təklif edib ki, pensiyaların ödənişini saxlasın və bunun üçün nəzərdə tutulan pulu faizlə dövriyyəyə buraxsın. Poçtun baş mühasibi bankirin bu təklifini rədd edib və növbəti gün öldürülüb. Onun başına odlu silahdan atəş açıblar…

Rövşən Daşdəmirov iddia edir ki, onun atasını məhz Fətulla Seyidəliyev öldürüb və cinayəti intihar kimi təqdim etdirib. Bütün bu illər ərzində ailə heç yerə şikayət edə bilmirdi, amma indi, Səlim Müslümovun işdən çıxarılmasından sonra, işə ədalətlə baxılacağına və günahkarların cəzalandırılacağına ümid edir… (virtualaz.org)

Əvvəlki yazı

Deputat medianı hədələdi: “İstəməzdim ki, məsələ hüquqi müstəviyə çıxarılsın”

Sonrakı yazı

Millət vəkili Türkiyədə mükafat aldı

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.