Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.
Reportyor info “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün saat 10-30 radələrində kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.