44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədlinin son arzusu yerinə yetirilib.
“Reportyor.info” xəbər verir ki, şəhidin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində xatirəsi əbədiləşdirilib.
Belə ki, bu gün Rüfət Məmmədlinin istəyi ilə qəsəbə sakinləri tərəfindən inşa edilən “Şəhidlər bulağı” istifadəyə verilib. Tədbirdə rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, qəsəbə sakinləri və rayon ictimaiyyət nümayəndələri iştirak edib.



