Ağstafa rayon İcra Hakimiyyəti bu gün Reportyor.info-davdərc edilən xəbərlə bağlı özünün sosial şəbəkə hesabında açıqlama yayıb. Məlumat deyilirdi ki, Səməd Vurğun parkında çayxana tikilib və sahibi başçı müavini İlqar Hacıyevdir. RİH isə bildirib ki, 2012-ci il tarixində Səməd Vurğun adına istirahət parkı yenidən qurulmazdan əvvəl Əli adlı şəxsin həmin parkın mərkəzində ticarət obyekti olub. Yenidənqurma işləri zamanı obyekt ləğv edilərək, ona parkın kənar hissəsində sahə ayrılmış və kiçik ölçülü köşk quraşdırılıb.
Parkın hasarı rayon Maliyyə şöbəsinin binasına bitişik olduğundan yanğın təhlükəsizliyi səbəbindən hasar 1,5 metr Rayon Maliyyə şöbəsinin binasından geri çəkilmiş və bu zaman heç bir ağaç kəsilməyib.
Əlavə olaraq qeyd edirik ki, parkın daxilində olan iaşə obyektinin Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavininə məxsus olması faktı əsassızdır.
Discussion about this post