21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ağsaqqallar Şurasının sədr müavini ağsaqqallıq edə bilmədi

27 Oktyabr 2022, 11:45
Banner
A A
Ağsaqqallar Şurasının sədr müavini ağsaqqallıq edə bilmədi
Bakıda daha bir məmur və iş adamı ilə bağlı qalmaqal gündəmə gəlib.  AFN.az-a məlumat verən mənbə bildirir ki, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə edib və etməyə də davam edir. Belə ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzilin və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlunun öz şəxsi adına “rəsmiləşdirilmiş”, lakin heç bir hüquqi qüvvəsi olmayan və səlahiyyətsiz şəxs tərəfindən imzalanmış bu müqavilələrdə 25 ədəd mənzil maya dəyərindən xeyli ucuz – 1 kv.m-i 400 manata dəyərləndirilib. Halbuki həmin vaxt o ərazidə mənzilin 1 kv.m-i 700 manat olub.

“Bir gündə 10-15 mənzilin qeyri-qanuni yolla sənədləşməsini aparıblar” – deyən mənbənin sözlərinə görə, Bayram Yusifov N.Hacıyevi aldadaraq və ona təzyiqlər edərək, binadakı qeyri-yaşayış sahəsinin də real dəyərindən uyğun sənədləşdirilməsinə nail olub – bir kvadratmetri 1500 manat olduğu halda, 800 manata:

“Eyni zamanda, Bayram Yusifov Heydər Əliyev prospektində yerləşən binadan da saxta sənədlərlə mənzil və qeyri-yaşayış sahəsi əldə edib. Belə ki, həmin ərazidə 32 ədəd mənzili maya dəyərindən ucuz – kvadratmetrini 400 manata sənədləşdiriblər. Halbuki həmin vaxt orada mənzilin kvadratmetri 700 manatdan aşağı olmayıb. Həmçinin kvadratmetri 1500 manatdan aşağı olmayan 300 kv.m qeyri-yaşayış sahəsini 800 manata sənədləşdiriblər.

Bayram Yusifov Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən 5 bloklu binadan 10 mənzil, H.Əliyev prospektində yerləşən binadan isə 20 mənzil olmaqla 30 mənzil satıb. B.Yusifov mənzilləri vətəndaşlara satan zaman qanunsuz olaraq öz adına olan sənədləri ləğv etdirməyib və vətəndaşları aldadıb. Bunu etməklə o, gələcəkdə həmin mənzillərə iddia qaldırmaq imkanını özündə saxlayıb. Halbuki mənzil alan insanların o zaman bundan xəbəri olmayıb. Artıq onlar bu haqda məlumatlıdırlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildiriblər”.

B.Yusifovun N.Hacıyevi aldatması və təzyiqləri nəticəsində 57 mənzil, 1000 kv.m qeyri-yaşayış sahəsi qeyri-qanuni yolla sənədləşdirilərək vətəndaşlara “satılıb”. Bu isə ümumilikdə mənzillər üzrə 3 999 000 manat, qeyri-yaşayış sahəsi üzrə isə 1 500 000 manat ziyan deməkdir: “Nəticədə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, “Çinar AN” MTK-ya məxsus 105 mənzilli yaşayış binasında işlərin tamamlanması yarımçıq qalıb. Belə ki, kommunikasiya işlərinin heç birisi tamamlanmamış qalıb. Hesablamalara görə ümumilikdə təxminən 500-600 min manat vəsait lazımdır. Həmin binada 800.000 manat vergi borcu yaranıb.

Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus 10 girişli binanın vergiyə olan borcu 2 milyon 200 min manat, Əmək Müfəttişliyinə olan borcu 120 min manatdır. Dövlət büdcəsinə bu borcların yaranmasının və tikintinin başa çatdırılmamasının əsl səbəbkarları Bayram Yusifovdur. Bütün bunlara görə də vətəndaşların haqlı narazılığı yaranıb və onlar hüquq-mühafizə orqanlarına, ölkə başçısına müraciət etməyə hazırlaşırlar”.

Qeyd edək ki, Hacıyevlə Yusifov əvvəllər yaxın münasibətdə olub. Daha sonra aralarında yaranmış borc mübahisəsi zamanı Hacıyev borcu qaytara bilməyib və Yusifovun təzyiqləri ilə üzləşib. Sonda isə Hacıyev canını qurtarmaq üçün “Çinar AN” MTK-ya məxsus olan binadan yuxarıda qeyd olunan mənzilləri və qeyri-yaşayış sahələrini qeyri-qanuni yolla Bayram Yusifovun adına sənədləşdirməyə məcbur olub.

Mənbəmiz məsələ ilə bağlı daha detallı məlumatlar verib. Aydın olur ki, bütün bu proseslərin arxasında iri məmurlardan biri dayanır. Elə həmin əlaqələrindən istifadə edərək, Bayram Yusifov Abşeron rayon Məhkəməsinin köməkliyi ilə öz qanunsuz əməllərinə qanuni don geyindirməyə, dəyəri 10.000.000 (on milyon) manata yaxın olan 25 ədəd mənzil və 1000 kv. metr qeyri-yaşayış sahəsini sahiblənməyə çalışır və hələ ki, buna qismən də olsa nail olur.

Növbəti yazılarımızda bu haqda da müfəssəl yazacağıq.

Bu yazıda qeyd edilənlərlə bağlı B.Yusifovla əlaqə saxlayıb mövqeyini almaq istəsək də, zəngimizə cavab vermədi. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Əvvəlki yazı

Metroda gediş haqqı artırılacaq? – Rəsmi

Sonrakı yazı

Tənqidçi AYB-dən istefa verdi – “Belə rəzillik görmədim”

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.