05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

”Ağrı çəkə-çəkə qaldıq, tibbi yardım göstərmədilər” – “bayramdır, həkimlər tətildədir”

24 Mart 2019, 19:15
Gündəm
A A
”Ağrı çəkə-çəkə qaldıq, tibbi yardım göstərmədilər” – “bayramdır, həkimlər tətildədir”
Qəzaya düşən ailənin iddiasına görə, Qəbələ Mərkəzi Xəstəxanasında onlara tibbi yardım göstərməyə həkim olmayıb
“Yoldaşımla, balalarımla xəstəxananın dəhlizində ağrı çəkə-çəkə, zarıldaya-zarıldaya qalmışdıq. 2-3 ağxalatlı qız öz mobil telefonlarında məşğul idilər, sanki xəstəxanaya gətirilənlərin bunlara aidiyyəti yoxdur. İki-üç nəfər içkili adam da vardı, xəstəxana işçiləri olub-olmadıqlarını dəqiq bilmirəm, çünki canımızın hayında qalmışdıq. Dedilər, “bayramdır, həkimlər tətildədir”. Sonra da yolladılar qonşu korpusa, təxminən 45 dəqiqə də orada eyni münasibət gördük. Məcbur qalıb ailəmi yığıb xəstəxanadan çıxdım”.
Mingəçevir sakini Eldəniz Quliyev Meydan TV-yə danışır ki, martın 19-da saat 16.15-də idarə etdiyi avtomobil Qəbələdəki “Zarağan dairəsi” deyilən ərazidə qarşısına qəfil çıxan avtomobillə toqquşub. Nəticədə həm özü, həm də maşının içərisindəki ailə üzvləri – həyat yoldaşı Gülnar Quliyeva, 9 və 11 yaşında olan övladları xəsarətlər alıb. Eldəniz Quliyev zəng vuraraq hadisə yerinə Təcili Tibbi Yardım çağırıb. Beləcə, Təcili Tibbi Yardım maşınında Qəbələ Rayon Mərkəzi Xəstəxanasına götürülüblər. Ancaq xəstəxanada onlara tibbi yardım göstərməyə həkim tapılmayıb.
“Bilmirdi ki, bizi kimin üstünə yollasın”
“12 yaşlı oğlum Elvin ayağından, 9 yaşlı oğlum Ömər başından, yoldaşım qarnından, mən də sinəmdən zədələnmişik. Uşaqlar, yoldaşım zarıya-zarıya qalmışdıq. Ağxalatlı qızlar əllərində telefon, hərəsi bir tərəfdə öz məşğuliyyətində idi. Bir ağxalatlı qadın da narahat-narahat o baş-bu başa gəzirdi, “bayramdı, iş günü deyil”, deyib, bizi kimin üstünə yollasın, necə kömək eləsin deyə, var-gəl edirdi. Dedim, necə yəni, xəstəxanada “iş günü deyil” nə deməkdir. Hamının özəl xəstəxanaya getməyə imkanı yoxdur, qəzaya düşüb, xəsarət alıb, dövlət xəstəxanasında həkimlər bayramdadır deyə, ölməlidir? Sonra da bizi qonşu korpusa göndərdi, dedi ki, orda həkim olmalıdır. Nə bir həkim, nə bir cərrah, nə bir tibb bacısı gözə dəyirdi,” – Eldəniz Quliyev deyir.
“İzahatımda göstərdim ki, tibbi yardım göstərilməyib”
Şikayətçinin sözlərinə görə, qonşu korpusda da eyni durum yaşanıb. Təxminən 45 dəqiqə də burada tibbi yardım olunmasını gözləyəndən sonra xəstəxananı tək ediblər:
“Ailəmi də götürüb qayıtdım hadisə yerinə, polislər oradaydı, izahatımı verdim, izahatımda da göstərdim ki, xəstəxanaya götürülsək də, tibbi yardım göstərilməyib. Həm qarşı tərəfin maşınını, həm də mənim maşınımı cərimə meydançasına apardılar, ailəmi götürüb Mingəçevirə qayıtdım”.
“Ev şəraitində müalicə olunuruq”
Eldəniz Quliyev deyir ki, özü və ailə üzvləri Mingəçevir Mərkəzi Xəstəxanasında da eyni səbəbdən tibbi yardım ala bilməyiblər. Ona görə də ailəlikcə ev şəraitində müalicə almalı olublar:
“Ağrılarımız var, ailəm, azyaşlı övladlarım hələ də həm hadisənin şokunu yaşayır, həm də ağrı çəkirlər. Taleyimiz üzümüzə onda gülüb ki, daxili qanaxmamız olmayıb, elə xəstəxananın dəhlizindəcə, telefonda oyun oynayan ağxalatlı qızların gözü qarşısında keçinərdik, tükləri də tərpənməzdi. Yaralı insanlar xəstəxanalarda bu üzdən həyatlarını itirirlər. Baxımsızlıqdan, vaxtında tibbi yardım göstərilmədiyindən, qanaxmadan keçinirlər. Mənə təsir edən odur ki, ortada iki azyaşlı uşaq vardı axı, heç olmasa onlara diqqət göstərəydilər, uşaqlar zarıyırdı, onlarınsa vecinə deyildi”.
Meydan TV Qəbələ rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa cəhd edib. Ancaq Qəbələ Rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunmuş əlaqə nömrələrinə (0-160) 5-00-03; 5-13-89 – (Baş həkim, Sabir Bayramov), (0-160) 5-13-64 – (Baş həkimin müavini, Tofiq Hacıyev) etdiyimiz zənglər cavabsız qalıb. Bayram günləri ilə əlaqədan rayonun səhiyyə şöbəsi də tətildədir.

 

Müəlliflər: Meydan TV
Əvvəlki yazı

Sərnişin qatarlarının GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və daha nələr – FOTOLAR

Sonrakı yazı

ƏLİ İNSANOV NƏRGİZ YAQUBLUNUN MƏZARINI ZİYARƏT EDİB – Foto

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.