25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ağır məktəbli çantalarının yaratdığı xəstəlik

08 Dekabr 2019, 22:59
Cəmiyyət
A A
Ağır məktəbli çantalarının yaratdığı xəstəlik
Bir çox valideynlər “zamanla skolioz düzələr” deyə problemi ciddiyə almır. Skolioz onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Statistikaya əsasən, son illər məktəblilər arasında skolioz geniş yayılmışdır. Bu xəstəlik, adətən, erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir. Skolioz, xüsusilə buraxılış sinif şagirdlərində daha çox rast gəlinir, bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir.
Reportyor.info azedu.az-a istinadən uşaqlarda Skoliozun əlamətlərini təqdim edir:
Əgər övladınızda:
– onurğada yana əyilmə;
– kürək sümüklərinin asimmetriyası;
-başın bədənə nisbətən əyri dayanması kimi hallar varsa, bu, skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər.
Rentgenoqrammalara əsasən skoliotik deformasiyaların
4 dərəcəsi ayırd edilir:
• I dərəcəli – 0-10° dərəcə • II dərəcəli – 11-30° dərəcə
• III dərəcəli – 31-60° dərəcə • IV dərəcəli – >61° dərəcə
Formasına görə isə “C”-ə bənzər (sağ və ya sol tərəfli bir qövs yaranır ) və ya “S”-ə bənzər (döş və bel nahiyədə iki qövs yaranır) skolioz ayırd edilir Yeniyetməlik (səbəbi bilinməyən) skoliozunda onurğa sütununun deforma-siyası uzun müddət stabil qala bilər.
Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də skoliozu olan uşaqlar daim həkim nəzarətində olmalı, müntəzəm olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proqressivləşməsini vaxtında aşkar etmək mümkündür. Skoliozun əsl başlanğıcı isə daha erkən vaxtlara – körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır.
Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, oma sümüyü, çanaq sümüklərində sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur. Bunlara vaxtında müdaxilə olun-mazsa, yaş artdıqca: protruziya, fəqərəarası disk yırtıqları; aritmiyalar, ürək nahiyəsində ağrı; ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri); süd vəzi ölçülərində fərq; mədə-bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s); diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik); çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiya; əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparılır.
 Müalicə
Skoliozun son zamanlar tez-tez rast gəlməsi və çoxsaylı fəsadlar verməsi onun müalicəsinə də yeni yanaşmalar tələb edir. Əvvəllər istifadə olunan korsetlər, idman hərəkətləri və s. kimi bir çox müalicə üsulları çoxdan öz aktuallığını itirmişdir.
Bioloji Təbabət skoliozlu xəstəyə vahid bir orqanizm kim yanaşır. Burada müalicə zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların da işinin tədricən bərpasından ibarətdir. Hər bir yaş qrupunun müalicəsi nəzərə alınan Bioloji Təbabətdə hətta yenidoğulmuşlarda da skoliozun profilaktikası üçün – osteopatiya, homeo-siniatriya, akupunktura, müasir fizioterapiya kimi müalicə üsullarından istifadə olunur. Xüsusi texnologiyalarla hazırlanmış bioloji tənzimləyici preparatlarla toxumaların fizioloji funksiyaları bərpa olunur. Bioloji Təbabət klinikasında skoliozun müalicəsində osteopatiya uğurla istifadə olunur.
Osteopatiya – həkim osteopat tərəfindən istifadə olunan zərərsiz müalicə üsuludur. Osteopatiyanın köməyi ilə yenidoğulmuşlarda yaranan çanaq deformasiyaları, boyun fəqərələrindəki disfunksiyalar erkən vaxtda aradan qaldırılır və skoliozun profilaktikasında geniş istifadə olunur. Osteopatiya skoliozun fəsadlarını aradan qaldırır və skoliozun cərrahi müalicəsinin qarşısını alır.
Əvvəlki yazı

Azərbaycanda dəhşət: Oğlunun yol qəzasında öldüyünü zənn edən ata infarktdan öldü

Sonrakı yazı

Parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək –MSK

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.