04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Agentlik TƏKZİB etdi: “Ümumiyyətlə Azərbaycanda belə bir yol yoxdur…”

24 İyul 2019, 12:44
Gündəm
A A
Agentlik TƏKZİB etdi: “Ümumiyyətlə Azərbaycanda belə bir yol yoxdur…”

Ötən gün sosial şəbəkələrdə və bəzi xəbər saytlarında təəssüflər olsun ki, yenə də dəqiqləşdirilməmiş, yalan və qərəzli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan, dövlətin gördüyü işlərə, əhalinin sosial rifah halına müsbət mənada təsir edəcək sosial-infrastruktur layihələrinə kölgə salacaq məlumat paylaşılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Reportyor.info-ya verilən məlumata görə, TURAN Informasiya Agentliyinin yaydığı, daha sonra isə başqa müxalifyönlü xəbər saytlarının da tirajladığı məlumatda qeyd olunur ki, guya Şəki rayonunun Üzümçülük kəndində asfalt yolu iki elektrik dirəyinin arasından çəkilib və bununla bağlı başqa ölkədə çəkilən bir foto paylaşılıb. Amma nədənsə həmişə demokratiyadan və düzgünlükdən dəm vuran həmin insanlar və onların təmsil etdikləri saytlar bu informasiyanın nə qədər doğru olub-olmadığını aydınlaşdırmağa belə cəhd etməyiblər. Təbii ki, yaydıqları informasiyanın düzgün olmadığını, qərəzli olduğunu bildikləri üçün belə ediblər. Bunu etməkdə isə bir məqsədləri olub – vətəndaşlar arasında çaşqınlıq yaratmaqla yenə də antiazərbaycan qüvvələrinin ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi apardıqları çirkin oyuna dəstək verməkdir. Bu və bu kimi məlumatları yayan insanların sosial şəbəkələrdəki səhifələrinə, onların təmsil etdikləri xəbər saytlarına nəzər yetirdikdə bunu əyani şəkildə görmək mümkündür.

Amma buna baxmayaraq yenə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq biz məlumatı dəqiqləşdirməmiş yayan, bununla da “Jurnalistlərin Peşə Davranış Qaydaları”nı və “Kütləvi informasiya vasitələri haqqında Qanu”nun tələblərini pozmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə məsuliyyət daşıyan həmin insanlara və onların təmsil etdikləri xəbər saytlarına rəsmi olaraq bildiririk ki, nə Şəki rayonunun Üzümçülük kəndində, nə Şəki rayonunu digər kəndlərində və ümumiyyətlə Azərbaycanda belə bir yol yoxdur…

Bunun ardınca sözügedən xəbər saytlarında Qax rayonunun İlisu kəndinin yolunun yenidən qurulması işlərinə kölgə salacaq yenə də dəqiqləşdirilməmiş, yalan və qərəzli məlumat verilib. Bununla bağlı da bildirmək istəyirik ki, kənd, qəsəbə, rayon və şəhərlərdə kommunikasiya xətləri yolun altı ilə keçir. Yolda təmir işləri aparılmamışdan öncə həmin kommunikasiya xətlərinə cavabdeh olan aidiyyəti qurumlara müraciət olunur. Əgər istənilən kommunikasiya xəttinin təmirinə, dəyişdirilməsinə və ya ləğvinə ehtiyac varsa aidiyyəti qurum tərəfindən bu işlər həyata keçirilir və daha sonra bizə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilir. Məlumatdan sonra artıq həmin ərazidə yolun təmiri və ya yenidən qurulması işlərinə başlanılır. Təmir və yenidənqurma işlərindən sonra isə sözügedən kommunikasiya xətlərində baş verə biləcək problemə görə artıq aidiyyəti qurum məsuliyyət daşıyır.

Çəkilən asfaltın keyfiyyətsiz, qalınlığının standartlara uyğun olmaması ilə bağlı iddialara gəlincə, bildirmək istəyirik ki, avtomobil yollarında təmir-tikinti işləri yolun texniki dərəcəsinə uyğun parametrlər üzrə və “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Bunu asanlıqla yerində və ya labarator şəraitdə yoxlamaq mümkündür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bu cür yalan və qərəzli məlumatları yayan şəxslərdən xahiş edirik ki, yazılanları nəzərə alsınlar və bundan sonra vətəndaşlar arasında çaşqınlıq yaratmaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi aparılan çirkin oyuna dəstək verməmişdən öncə məlumatları dəqiqləşdirsinlər.

Əvvəlki yazı

Şirkət rəhbərindən Səfər Mehdiyevə “ittiham yağışı”: “Baldızın oğlu büdcəni dağıdır, görmürsən?”

Sonrakı yazı

DƏNİZİ HASARLAYAN İŞ ADAMI İLƏ BAĞLI YENİ QƏRAR – ƏMDK-nın şikayətinə baxılıb

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.