“Ağdamda şəhərindəki dağıntını görmək mənə çox dəhşətli hisslər yaşadır”.
Reportyor.info məlumatına görə, bunu bu gün “Show Me Azərbaijan” layihəsi çərçivəsində Ağdamda səfərdə olan ABŞ-dan olan bloger və yotuber Dak Barner bildirib.
D. Barner deyib ki, ona Ermənistanın işğalı dövründə Ağdam şəhər Cümə məscidində heyvan saxlanıldığı barədə məlumat verilib: “Bu, çox məyusedicidir. Biz məsciddə yenidənqurma və bərpa işlərinin aparılacağına dair məlumatlarla da tanış olduq”.
Bloger qeyd edib ki, Ağdam şəhərində artıq yenidənqurma işlərinə başlanılması çox sevindirici haldır.
Discussion about this post