“Ağdam-Xankəndi yolunun girişindəyik”.
Reportyor.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
O bildirib ki, diplomatik korpus və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükü ilə tanış olacaqlar.