Bu gün Ağdam rayon İcra Hakimiyyəti və Hərbi Birlik və Tərxis olunmuş hərbiçilərin ”Gəncləri Marifləndirmə İctimai Birliyi” Ağdam rayon Quzanlı qəsəbəsində Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Bayram tədbirində Dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.
Reportyor.info