12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ağciyər Xəstəlikləri Institutu Epidemiyanın Mənbəyinə Çevrilib

25 Aprel 2020, 19:09
Cəmiyyət
A A
Ağciyər Xəstəlikləri Institutu Epidemiyanın Mənbəyinə Çevrilib

Ard-arda silsilə ölüm faktlarının qeydə alındığı, əksər həkimlərin təzyiq və təhdidə məruz qaldığı, anti-sanitar vəziyyəti, keyfiyyətsiz tibbi xidməti, xəstələrə verilən bərbad yeməkləri və həkim çatışmazlığı ilə diqqət dairəsində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu artıq epidemiyanın mənbəyinə çevrilib. Bu arzuedilməz təəssüf və hiddətdoğurucu reallığın yeganə səbəbkarı isə heç şübhəsiz institutun direktoru Həqiqət Qədirovadır. Onun bu gərgin dövrdə müşahidə olunan tədbirsizliyi və keyfiyyətli tibbi xidmətin təşkili işinə birmənalı səhlənkar yanaşması ötən gün daha iki nəfər şəxsin ölümünə və institutunun iki xanım əməkdaşının (COVİD-19) infeksiyasına yoluxmasına səbəb oldu. Sözügedən tibb müəssisəsinə bu günə qədər hakim kəsilmiş eyniyyətsiz biyabırçılıqlar, işçilərin gərgin emosianal mənəvi-psixoloji vəziyyəti, provakativ və qeyri-adekvat əmək mühiti,habelə qeyri-standart tibbi xidmətin mövcudiyyəti bir daha onu deməyə əsas verir ki, Həqiqət Qədirovanın bu instituta təyinatı səhiyyə naziri Oqtay Şirəliyevin böyük və bağışlanılmaz səhv idi.

Təbii ki, ölkə başçısını aldatmaqdan çəkinməyən, Azərbaycan səhiyyəsini bərbad və dirçəlişə möhtac vəziyyətdə qoymağa müvəffəq olmuş cənab Şirəliyevin belə bir ciddi səhvə yol verməkdən çəkinməsini gözləmək sadəlöhvlük olardı. Fərdi maraqlar daxilində təşəkkül tapan gerçəklik budur ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzini viran qoyan, mərkəzin işçi heyyətini “erməni” adlandıran və nəticə etibarı ilə haqsızlığa məruz qoyduğu hər kəsin nifrətini qazanmağa məhkum olmuş bir şəxsin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu kimi strateji bir müəssisəyə rəhbər təyin edilməsində müsbət meyar sayıla biləcək tərcümeyi-halı yox idi. Hətta bu gün belə vaxtilə xanım Qədirovanın qəzəbinin və qərəzinin qurbanı olmuş işçilər onun haqqında qisas və nifrət əzmilə danışmaqdan çəkinmirlər. Müstəqil Azərbaycan Respublikasının Səhiyyə sistemində belə iyrənc və arzuolunmaz vəziyyətin mövcudluğu əlbəttə ki, ciddi təəssüf və hiddət doğurur. Ümid var idi ki, ən azından hələ geridə qoya bilmədiyimiz pandemiya dövründə Həqiqət Qədirova işçilərə qarşı sağlam və vicdanlı münasibətə üstünlük verər, rəhbəri olduğu tibb müəssisəsində tibb xidmətin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində əməli iş görər və ən əsası pandemiya ilə mübarizə çərçivəsində öz səmərəli təklifləri; bilik və bacarıqları ilə yadda qalar. Lakin, həmrəy olmağın müstəsna ehtiyaca çevrildiyi hazırkı dövrdə belə Həqiqət Qədirova dövlətimizin möhkəmliyi və xalqımızın salamatlığı naminə ümidləri doğrultmağı bacarmadı.

Xudbin və qərəzli niyyətinin əsirinə çevrilməsi onu pandemiya ilə deyil, barəsində kinli və qərəzli olduğu fərdlərlə yeni konfiliklərə sürüklədi. Yaxın keçmişdə qanunsuz olaraq işdən azad etdiyi və sonradan məhkəmə müstəvisində yenidən işinə bərpa olmağı bacarmış- institutun “Uşaq Vərəmi Şöbəsinin” həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova qeyd edilən mühakiməyə dair əvəzsiz nümunədir. İstər şəxsi, istərsə də iş həyatında heç kimdən görmədiyi haqsızlığa, heç kimdən çəkmədiyi misilsiz mənəvi zərərə H.Qədirovanın sayəsində düçar olan xanım Məmmədova yenə də onun qərəzli və dözülməz münasibətilə üz-üzədir. Demək olar ki, qısa zaman intervalı ilə gecə növbəsinə çıxarılan və hər addımda direktor tərəfindən təqib edilən sözügedən şəxsin təkrarən qanunsuz yolla işdən azad edilməsi təhlükəsi istisna olunmur. Xülasə onu qeyd edim ki, Həqiqət Qədirova gənc kadrlara qarşı mənəvi terror tətbiq etməklə nəticə də onları işdən azad etməkdə tanınmış və bundan zövq alan birisidir. Qeyd edilən ittihamın təkzibedilməz təsdiqi kimi institutda uzun müddətdir mövcud olan həkim-reanimatoloq çatışmazlığını göstərmək kifayət edər ki, bu çatışmazlığın da yaratdığı süni fəsadlar nəticəsində cari ilin yanvar ayı ərzində 19, fevral və mart ayları ərzində 7 , ümumi olaraq 26 nəfər xəstə dünyasını dəyişdi. Bununla belə institutdan digər özəl xəstəxanalara təxliyyə edilən bir çox xəstənin həyatını xilas etmək mümkün olub. Fakt baxımından bu barədə əvvəllər sözügedən institutun həkim-reanimatoloqu olmuş və qeyd olunduğu kimi Həqiqət Qədirova tərəfindən işindən azad edilmiş; hazırda Avrasiya hospitalda çalışan Vüqar Səfərovun müstəsna əməyini qeyd etmək olar. Həkim-reanimatoloq çatışmazlığı haqqında xüsusi olaraq onu da qeyd edim ki, hazırda bu ixtisas üzrə institutda nəzəri-fiziki funksiyaları kortəbii şəkildə bəzi həkim-pulmonoloqlar və fiziatrlar yerinə yetirir. Şübhəsiz ki, onların əlavə olaraq bu ixtisas üzrə öhdəliklərin yerinə yetirilməsinə təhkim olunması və ən əsası sözügedən ixtisasın nəzəri-konseptual, eləcə də praktiki əsasları haqqında bilgisizlikləri fatal nəticələrə və daxili diskomforta yol açır. Maraq və hiddətdoğuran məqamlardan biri də budur ki, institutda “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən müvafiq məqsədli monitorinq aparılmasına baxmayaraq, həkim-reanimatoloq çatışmazlığı problemi adı çəkilən səlahiyyətli quruma məlum olmayıb və hələ də bu gerçəklik öz aktual qüvvəsini qoruyub saxlayır.

Qeyd edim ki, hazırda həkim-reanimatoloq vəzifəsi üzrə 6 vakant yer mövcuddur. Görünən odur ki, Həqiqət Qədirova məqsədli şəkildə sözügedən mühüm çatışmazlığın, eləcə də digər həyatı əhəmiyyət kəsb edən problemlərin aradan qaldırılmasında qətiyyən maraqlı deyil. Düşünürəm ki, ən qısa zamanda TƏBİB-in idarə heyyətinin sədri cənab Ramin Bayramlının Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyətini iflic edən və Azərbaycan Səhiyyəsinin inkişafına kifayət qədər zərər vuran Həqiqət Qədirova haqqında əsaslı tədbir görməsi-konkret olaraq onu milli təhlükəsizliyimin təminatı naminə tutduğu vəzifəsindən azad etməsi sözlə ifadə olunmayacaq qədər mühüm əhəmiyyət kəsb edir.

İctimai vəkil Samir Zeynalov.

Əvvəlki yazı

“Azərbaycan koronavirus infeksiyasının ən az yayıldığı ölkələr sırasındadır”- Əli Əhmədov

Sonrakı yazı

Mehriban Əliyevadan Ramazan təbriki- MƏTN

Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.