Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Məlumata görə, hadisə nəticəsində 2 uşaqla anası, babası və dayısı həlak olub. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.
Hadisə nəticəsində ev sahibi ilə yanaşı oğlu, 2 nəvəsi və gəlini həyatını itirib. Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirilməsi iddia edilib.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.