Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.
7 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, fevralın 4-də saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub: “Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.


















