06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ağ şəhər”i qaraldanlar: İdris Əliyevin qardaşının torpaq dələduzluğu…

04 Oktyabr 2022, 11:45
Banner
A A
“Ağ şəhər”i qaraldanlar: İdris Əliyevin qardaşının torpaq dələduzluğu…

Bir neçə gün öncə “Prestij-V” MTK-nın rəhbəri İdris Əliyev və onun qardaşı Şəmsi əliyevin fəaliyyəti haqda “İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri:generala güvənirlər?” başlıqlı yazı dərc etmişdik. Yazıda “Ağ şəhər”də böyük tikinti işləri görən İ.Əliyevin hər yerdə nüfuzlu bir generalın adını çəkərək onun himayəsində olduğunu bildirdiyini, qardaşı Şəmsi Əliyevin də adının tikinti biznesində və torpaq biznesində hallandığını qeyd etmişdik.

Təhsil Nazirliyi yaxınlığında hündürmərtəbəli binanın tikintisini həyata keçirən Ş.Əliyevin Biləcəri qəsəbəsində 48 sot torpaq sahəsini hissə hissə olmaqla bir payı bir neçə əfərə satması haqda məlumatlar var. İcra hakimiyyəti torpağın vətəndaşa məxsus olduğunu bildirsə, əldə alqı-satqı sənədləri olsa da Şəmsi Əliyev bu günədək vətəndaşa dəymiş ziyanı ödəməkdən imtina edir və məsuliyyətdən yayınıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə zərərçəkmişlər artıq hüquq mühafizə orqanlarına müraciət ediblər.

Məsələnin təfərrüatı isə ondan ibarətdir ki,2006-cı ildə Quliyeva Şölə Kamil qızı və qardaşı Quliyev Elnur Kamil oğlu Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığında bələdiyyə sənədi əsasında Əliyev Şəmsi Səməd oğlundan hər birinin adına ayrılıqda 6 sot, ümumilikdə isə 12 sot torpaq sahəsi alır. Bunun müqabilində Əliyev Şəmsi Səməd oğluna 72000 (yetmiş iki min) manat məbləğində pul ödənilir. Həmçinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 38 və 39 saylı 14 aprel 2010-cu il tarixli qərarları ilə torpaq sahələrinin alıcıların adına olması və onların istifadə hüququnda olduğunu təsdiq edilir.

Torpaq alqı satqısı zamanı Əliyev Şəmsi sata biləcəyi ümumi hasarlanmış 48 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini hissə-hissə, yəni hər hissəsi 6 sot olmaqla satacağını bildirib. Ötən illər ərzində Quliyevlər həmin torpaq sahəsində ev tikmək və abadlıq işləri görmək imkanında olmadığından torpaq sahəsində heç bir iş aparmayıblar. Lakin 2021-ci ilin ortalarında həmin torpaq sahəsinin olduğu yerə baxış keçirdikdə onların aldığı ərazilərdə yaşayış sahələrinin, evlərin olduğu müşahidə edilir. Bununla bağlı şikayətçilərin cumhuriyyet.az-a ünvanladığı məktubda deyilir:

”İlk öncə öz torpağımızı hasarlamadığımıza görə başqa şəxslərin bu torpaqları sahibsiz sanaraq qanunsuz şəkildə məskunlaşdığını düşündük. Sonra isə Əliyev Şəmsinin satdığı 48 sot torpaq sahəsinin içərisində yaşayan hər kəsin öz torpaqlarını Əliyev Şəmsidən aldığını, burada qanuni şəkildə məskunlaşdığını öyrəndik. Belə ki, burada yaşayış sahəsi olan hər kəsin torpaq sahələrinin sənədi var. Bizim adımıza olan torpaq sahələrinin də yerində yaşayış sahələri tikib məskunlaşan şəxslər də bu torpaqları bizim kimi Əliyev Şəmsidən aldıqlarını bildirdilər və öz sənədlərini də bizə göstərdilər. Bu isə Əliyev Şəmsinin bir torpaq sahəsinin birdən çox şəxsə satması deməkdir.

Bu açıqcasına bizim öz torpağımızdan, mülkiyyətimizdən istifadə hüququmuzun pozulması deməkdir. Bu da mülkiyyət hüququnun özünün kobudcasına pozulmasıdır. Əliyev Şəmsi bizim etibarımızdan sui-istifadə edərək dələduzluq yolu ilə bizi və digər şəxsləri aldatmış, bir torpaq sahəsini birdən çox şəxsə satmışdır. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq cinayət əməlinin hallarına aid edilir. Əliyev Şəmsi Səməd oğlu bizə aid olan əmlak hüquqlarını ələ keçirmiş və bizi aldadaraq bizə məxsus olan torpaq sahəsini başqa şəxslərə də satmışdır”

Şikayətçilərin sözlərinə görə baş verənlərlə bağlı Əliyev Şəmsi Səməd oğluna dedikdə isə o güya bunlardan xəbərdar olmadığını və bütün bunları başqasının etdiyini demişdir. Bununla da ona torpaq sahəsinə görə ödənilən pulu qaytarmaqdan boyun qaçırmışdır. Ş.Əliyevin bu vaxta qədər cəzasız qalmasının səbəbi kimi “Ağ şəhər”də ciddi tikinti işləri aparan qardaşı İdris Əliyev və onun himayədarı olan generalın adı hallanır. Bu barədə növbəti yazımızda

Əvvəlki yazı

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirini qəbul etdi

Sonrakı yazı

Metroda insident, xəsarət alan var?

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.