06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AĞ EVİN ƏSAS FİQURLARININ YENİ MÜZAKİRƏ MÖVZUSU:Venesuela ilə bağlı nə etməli?

04 Fevral 2019, 22:19
Manşet
A A
AĞ EVİN ƏSAS FİQURLARININ YENİ MÜZAKİRƏ MÖVZUSU:Venesuela ilə bağlı nə etməli?

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 04 fevral 2019-cu il

 

ABŞ-ın paytaxtı dedi-qodu ilə yaşayan bir şəhərdir. Siyasətlə yatıb-qalxan şəhər olduğuna görə, təbii, dedi-qoduların əsası da siyasətdir.

Bu durum Vaşinqtonda işləyən jurnalistlər üçün həm üstünlük, həm də çatışmazlıq yaradır.

Dedi-qodu çox olduğu üçün xəbər çatışmazlığı hiss olunmaz. Bu, təbii ki, bir üstünlükdür. Lakin dedi-qodu çox olduğuna, yayıldığına və yalanlar da əlavə edildiyinə görə, əsli olmayan bir çox xəbər də çıxır. Bu da jurnalistlərin işləməsi üçün çatışmazlıq yaradır.

Bu üzdən, təcrübəsi olmayan, şəhərin oyunçularını tanımayan, qaydalarını bilməyən bir jurnalistin burada həyatda qala bilməsi imkansızdır.

Bu gün sizə yazılarımda adlarını tez-tez çəkdiyim önəmli Vaşinqton oyunçularının hazırda nə etdikləri haqqında yazacam. Düşündüm ki, bu halda, Vaşinqtonun hazırkı durumunu daha yaxşı qavrayar və qərarlarınızı ona görə verərsiniz.

ABŞ Xarici işlər naziri Mayk Pompeonun istefa verəcəyi haqqında şəhərdə xəbər yayılmışdı, mən də bunu yazdım. Bugünlərdə onu ziyarət edən hər bir xarici ölkənin xarici işlər nazirinin ona verdiyi ilk sual “Həqiqətən, istefa verəcəksiniz?” və “Nə üçün?” olurmuş. Pompeo da onu ziyarət edən hər bir xarici işlər nazirinə istefa edəcəyini və bu məsələdə qərarlı olduğunu söyləyirmiş. Onun üçün çətini istefa səbəbini anlatmaq olurmuş. Çünki o, Suriyada işlərin heç də ABŞ-ın istədiyi kimi getmədiyini və əslində, bölgədə iplərin Rusiyanın əlinə verildiyini düşünür. Bunu Trampı əsəbiləşdirmədən söyləyə bilmədiyindən, hər bir qonağına fərqli səbəblər uydururmuş. Ən sevdiyi səbəb də bu imiş: “Karyeramın zirvəsində ikən işi buraxıb, senator olaraq xidmət etməyə davam edəcəm”.

Ağ Ev administrasiyasının rəhbəri Mayk Malveni sabiq rəhbər Con Kellinin, bəlkə utandığına, bəlkə də dövlət ənənələrinə uyğun olmadığını düşündüyünə görə, yayılmasına və müzakirə edilməsinə izin vermədiyi mövzuları artıq rahatca müzakirə edirmiş.

Vaşinqtonda haqqında danışılan bu yeni duruma misal olaraq, Venesuelaya hərbi müdaxilə fikrinin müzakirə edilməsi göstərilir. Ağ Evin sabiq rəhbəri bunun ola bilməyəcəyini söyləyərək, Trampı əngəlləmişdi. Yeni rəhbər xarakteri etibarı ilə eynilə Trampa bənzədiyindən, artıq Ağ Ev tutarsız davranmaqda sərbəst ola bilər.

Malveni vəzifəyə təyin edilib-edilməyəcəyini maraqla gözləyir. Hazırda o, bu vəzifəni müvəqqəti icra edir.

Vaşinqtonda Prezident Trampın Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu müharibəyə böyük heyranlıq duymasına görə, Stenli Kubrikin “Qəribə məhəbbət doktoru və ya narahat olmağı buraxıb, bombanı sevməyi necə öyrəndim” filmindəki dəli olmuş komandirə bənzədirlər. Bu filmin sonunda həmin komandir təyyarədən atılan bir bombanın üstünə, ata minən kimi, minir və onunla birlikdə partlamağa gedir.

Milli Təhlükəsizlik Şurasının hər toplantısında söhbəti daima vurub-yıxmağa gətirən Bolton, İran məsələsi müzakirə edilərkən də onu bombalamağı təklif etmişdi. Ağ Evin sabiq rəhbəri Con Kelli, “İmperiya ənənələri olan böyük bir ölkəni bombalamaqdan bəhs edə bilməzsiniz” deyərək, onu susdurmuşdu. Ancaq indi önü açıqdır. Bolton İranı bombalamaqdan hələlik vaz keçib, lakin indi də Venesuelanı işğal etməyi planlaşdırır.

ABŞ-ın Türkiyədəki sabiq səfiri Ceyms Cefri, aylardır Vaşinqtonda kimi tapırsa ona özünün Suriya məsələsini həll edəcək bir planının olduğunu anladır. Bu planın “Fəratın şərqində türklərlə kürdləri bir yerdə, sülh içində yaşatmaq” kimi bir maddəsi də var. Sabiq səfir Cefri türklərin kürdlərlə bir yerdə yaşamaq kimi bir probleminin onsuz da olmadığını çox yaxşı bilir. Ancaq planında YPG terrorçuları ilə bağlı nə edəcəyi aydın deyil. Hörmətli Cefri Türkiyəni də yaxşı tanıdığı üçün bu günlərdə son dərəcə qayğılıdır.

ABŞ Maliyyə naziri Stiven Mnuçin də bu günlər bir az qayğılıdır. Yevangelistlərə ən yaxın vəzifəli şəxs olan Mnuçin, İsrailə görə Prezident Ərdoğanı sevmir. Ona qalsa, Türkiyəyə ağır sanksiyalar tətbiq edər. Lakin Tramp onu bütün güc balanslarını nəzərə alaraq hərəkət etməyə yönləndirir. Bu aralar Mnuçin Boltonla birlikdə Venesuela məsələsinə ilişib. Onun bu ölkə ilə bağlı oyunlar quraraq, bir az stress atdığı da söylənə bilər.

Tərcümə Strateq.az-ındır

 

Əvvəlki yazı

SABİQ BAŞ DİREKTOR BACISI OĞLUNU HƏBS ETDİRİB – Mülklərini geri qaytarmaq istəməyib…

Sonrakı yazı

Son illər hansı qəzetlər bağlanıb? –ADLAR

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.