Livanın paytaxtı Beyrutda tikilməkdə olan ABŞ-ın yeni səfirlik kompleksi sosial mediada müzakirə obyektinə çevrilib. Ötən həftə səfirlik davam edən tikintinin fotolarını paylaşıb. Meşəlik ərazinin yanında yüksələn nəhəng bina həm livanlıların, həm də amerikalıların reaksiyasına səbəb olub. Twitter-də fotolara 1500-dən çox şərh yazılsa da, istifadəçilərin əksəriyyəti “ABŞ Livana köçürmü”, “Ağ Ev bura gələcəkmi?” kimi suallar verib.
HƏRBİ MƏQSƏDLƏR
Təxminən 21 futbol meydançası böyüklüyündə olan obyekt ABŞ prezidentinin evi və ofisi kimi istifadə etdiyi Ağ Evdən 2,5 dəfə böyükdür. Tikintisi 2015-ci ildə elan edilən və bu il başa çatdırılması planlaşdırılan binanın dəyəri 1 milyard dollardan çoxdur. Obyektin hərbi və ya casusluq məqsədilə istifadə ediləcəyini iddia edən livanlılar, həmçinin vergilərin məsuliyyətsiz xərcləndiyini iddia edən amerikalılar tənqidi şərhlər ediblər.
class=”medianet-inline-adv”>
SƏYAHƏT Xəbərdarlığı VAR
6 milyon əhalisi olan ölkəyə ABŞ turistlərinin də marağı məhduddur. ABŞ Dövlət Departamenti öz vətəndaşlarına çox zərurət olmadıqca bu ölkəyə səfər etməməyi tövsiyə edir. ABŞ-ın Beyrutdakı səfirliyi 1983-cü ildə bombalanmış, 52-si livanlı olmaqla 63 nəfər həlak olmuşdu.