13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ağ Ev “Zəngəzur koridoru”na görə hərəkətə keçir

07 İyul 2021, 08:56
Siyasət
A A
Ağ Ev “Zəngəzur koridoru”na görə hərəkətə keçir

“Zəngəzur koridoru”ilə bağlı dəfələrlə yazmışam. Xüsusən qeyd etmişəm ki, bu koridor Dağlıq Qarabağ məsələsindən daha önəmlidir. Əlbəttə, mən başa düşürəm ki, bu fikir ictimaiyyət arasında o qədər də rəğbətlə qarşılanmır. Azərbaycan insanı hələ ki, bu koridorun ölkəmizə hansı üstünlüklər və hansı status verəcəyinin fərqində deyil.

“Zəngəzur koridoru”nun önəminə bir daha diqqət çəkmək üçün Amerika mətbuatında gedən bir məqalədən söhbət açacağıq. Söhbət “The National Interest” jurnalında çap olunmuş “Armenia Can Stop Iran’s New South Caucasus Foothold” (Ermənistan İranın Cənubi Qafqazda yeni dayaq nöqtəsi yaratmasının qarşısını ala bilər) məqaləsindən gedir.

Öncə “The National Interest” jurnalı haqqında qısa məlumat verib. Bu jurnal 1994-cü ildə Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti (1969-1974) Riçard Nikson tərəfindən qoyulub. Amerikanın beyin mərkəzlərindən biri kimi tanınır. Jurnalın ana xəttini “the West and the rest” (Qərb və yerdə qalan dünya anlamını verir. E.H) ideyası təşkil edir. Yəni, bu beyin mərkəzinin əsas qayəsi Qərbin maraqlarının müdafiəsidir. Təbii ki, onlar Qərb deyəndə daha çox Amerikanı nəzərdə tuturlar. Daha bir məqama toxunum. Bu jurnalda anti-Türkiyə və anti-Azərbaycan mövqeyindən yazılmış məqalələrlə tez-tez qarşılaşmaq olar. Müvafiq olaraq “The National Interest” Ermənistana xüsusi simpatiya sərgiləyir.
Yuxarıda adını vurğuladığımız məqalədə isə Ermənistana yanaşma xeyli fərqlidir. Bu fərq də Amerikanın maraqlarından doğur. Məqalədə söhbət ondan gedir ki, Azərbaycan “Zəngəzur karidoru”nun (onlar Naxçıvan koridoru adlandırırlar. E.H) açılmasında maraqlıdır. Ancaq Ermənistan bu işə o qədər maraq göstərmir. Belə olduğu təqdirdə nə baş verə bilər? Məqalənin müəllifi Wes Martin yazır ki, Azərbaycan bu koridoru İran üzərindən də aça bilər. Bu isə İrana böyük üstünlüklər vəd edir. Belə ki, rəsmi Tehran bu koridor vasitəsi ilə Cənubi Qafqaza təzyiq mexanizmi əldə edə bilər və üstəlik, dünya iqtisadi məkanına inteqrasiya imkanı qazanar.

Müəllif əmindir ki, belə bir perspektivin həyata keçməsinə imkan vermək olmaz. Xüsusən İbrahim Rəisi kimi mühafizəkar birisinin prezident seçildiyi İrandan belə bir strateji önəmi olan koridorun keçməsi Qərb üçün arzuolunan deyil. Müəllif deyir ki, İbrahim Rəisi hakim kimi 1988-ci ildə İranda gizli şəkildə edam edilmiş 30 min siyasi fəalın qətlində əsas rollardan birini oynayıb. Müəllif yazır: “Ancaq sanksiyalar və təcridetmə siyasətinin ağırlığı altında qalan yeni rəhbərlik və İran Cənubi Qafqazda “xilas kəməri” əldə edə bilər. Bəlkə də Ermənistan fərqinə varmadan sanksiyalar altında boğulan İrana Cənubi Qafqazda “xilas kəməri” ata bilər. İrəvana təsir gücünə sahib olan Amerika bu perspektivin qarşısını nəyin bahasına olursa olsun almalıdır”.

Bu nə deməkdir? Açıq şəkildə bildirilir ki, Azərbaycan “Zəngəzur (Naxçıvan) koridoru”nun açılmasında maraqlıdır. Ancaq Ermənistan buna imkan verməsə, Azərbaycan bu koridoru İran üzərindən də aça bilər. Dolayısı ilə bu həm də o deməkdir ki, Azərbaycan iqtidarı bu variantı da nəzərdən keçirir. Bu isə Amerikanın maraqlarına qətiyyən uyğun gəlmir. Və ABŞ təsir imkanına malik olduğu Ermənistana İrana “xilas kəməri” atmağa imkan verməməlidir. Bu həm də onun etirafıdır ki, “Zəngəzur koridoru” Amerikanın da maraq dairəsindədir.

Müəllif qeyd edir ki, Nikol Paşinyan seçki ərəfəsində verdiyi bəyanatların birində deyir ki, o, heç vaxt “Zəngəzur (Naxçıvan) koridoru”nun açılmasına imkan verməyəcək: “Baxmayaraq ki, üçtərəfli anlaşmada kommunikasiyaların açılmasının vacibliyi xüsusi ilə vurğulanır”.

Müəllif bildirir ki, koridorun İran ərazisindən keçməsi həm də Azərbaycanla gələcək danışıqlar zamanı Ermənistanın mövqelərinin daha da zəifləməsinə səbəb olacaq.

Hazırda Azərbaycanın Naxçıvana və Türkiyəyə Gürcüstan üzərindən çıxdığını yazan müəllif deyir ki, İrandan keçəcək dəmir yolu xətti Azərbaycan üçün o qədər də cəlbedici görünmür: “Ən əlverişli yol köhnə yolun bərpasıdır. O yol isə Ermənistandan keçir”.

Ancaq bu yola olan maraq Ermənistanın barışmaz mövqedə olması səbəbindən zəifləyir və rəsmi Bakını İran variantı üzərində düşünməyə vadar edir. Bu, həm də Ermənistanın gələcək regional iqtisadi münasibətlərdən kənarda qalması deməkdir. İrana isə əvvəl itirdiyi yerdə yeni təsir imkanı verir.

Məqalədə bildirirlir ki, İran Cənubi Qafqazı öz ərazisi sayır. Ancaq 44 günlük müharibədə Türkiyə və Rusiya Azərbaycan və Ermənistanla birlikdə bölgədə əsas oyunçu kimi göründü. İran isə sanki yatıb yuxuya qalmışdı. Azərbaycanı Naxçıvanla birləşdirə biləcək dəmir yolunun İrandan keçməsi rəsmi Tehrana əldən verdiyi mövqeyi geri almağa şərait yaradacaq.

Müəllifin gəldiyi son qənaət belədir ki, Cənubi Qafqazın çiçəklənməsi Ermənistandan keçməli olan koridora bağlıdır. Ancaq Ermənistan buna imkan verməsə, Bakı İrandan keçəcək dəmir yoluna qərar verməli olacaq. Asiya-Sakit Okean hövzəsindən Avropaya və əks istiqamətə malların bu koridor üzərindən daşınacağını qeyd edən müəllif yazır: “ Bu kimi səbəblərdən Amerika Ermənistana öz iqtisadi gələcəyi və regional təhlükəsizliyi üçün təzyiq etməlidir”. /Musavat.com

Əvvəlki yazı

Baş Narkotiklərlə Mübarizə İdarəsi sosial şəbəkələrdə hesab yaratdı

Sonrakı yazı

Tanınmış aparıcı qəza keçirdi: Həkimə yox, toya getdim – VİDEO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.