Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun təzyiqi ilə Afrin şəhərindən qaçarkən çox sayda ev və iş yerinə bombalı pusqular quran PKK/YPG-PYD terror təşkilatının daha bir xain planı ortaya çıxıb.
Publika.az xəbər verir ki, terrorçular maniken uşaqlara kustar üsulla hazırlanan bombalar yerləşdirib.
Bundan başqa xain planları həyata keçirmək üçün ev və iş yerləri, həmçinin, avtomobillərə şəbəkə formasında partlayıcı maddələr qoyulub.
Ələ keçirilən bombalar əsgərlər tərəfindən məhv edilib.