Afrinin Raco bölgəsi YPG-PYD terrorçularından azad edilib.
Reportyor.info xəbər verir ki, bu barədə əməliyyatlarda türk ordusu ilə birgə iştirak edən ASO-nun sosial şəbəkə hesablarında məlumat yer alıb.
TSQ-nın Baş Qərargahından isə Raconun azad edilməsi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, türk ordusu Afrində yanvarın 20-dən etibarən “Zeytun budağı” əməliyyatını keçirir.