Reportyor.info axşam-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli deyib.
O, yeni formatda yayımlanacağı deyilən “Şourum” verilişinin niyə gecikdiyinə belə aydınlıq gətirib:
“Şəxsən özüm uzadıram. Çünki bənzərlik, bütün bunlardan artıq özüm bezmişəm və fərqlilik istəyirəm. “Ağ-qara”nın o qədər ağını çıxarıblar ki, o qədər təkrarları olub ki, hətta eynisi də, artıq özüm ondan bezmişəm. Bir şeyi edirsənsə, gərək insanın öz zəhməti, beyninin məhsulu olsun”.
A. gəncəli yeni layihəsindən də söz açıb:
“Yeni layihəmlə bağlı dəyişiklik olacaq. 13 kiloqram arıqlamışam. Elə bununla əlaqədardır. İmicimdə də dəyişiklik ediləcək. “Axşam şou”suna gəldikdə isə ola bilər o da olsun. Əsas odur özümüz olaq, kimisə təkrarlamayaq”.