Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.
Reportyor.info xəbər verir ki, bu barədə Elgiz Əkbər məlumat verib.
Onun dediyinə görə, arterozdan əziyyət çəkən aktrisanın xəstəliyi yenidən ağır formaya keçib.
“Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir kök hüceyrə mütəxəsissləri araşdırır” -, deyə Elgiz qeyd edib.