Bakıda Aeroport yolunda zəncirvari yol qəzası baş verib.
“Report” bildirir ki, hadisə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində-piyada keçidinin yanında baş verib.
Belə ki, 5 avtomobil – 3 “Mercedes”, 1 “Audi” və 1 BMV markalı avtomobil toqquşub.
Hadisə yolda tıxaca səbəb olub.