05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Adnan Oktarın azərbaycanlı qızları: Onların başına nə oyunlar açılıb? VİDEO

19 İyul 2018, 10:26
Cəmiyyət
A A
Adnan Oktarın azərbaycanlı qızları: Onların başına nə oyunlar açılıb? VİDEO

“Hoca” bu dəfə də həbsdən qurtula biləcəkmi?

Son günlərin əsas hadisələri sırasında Türkiyədə Adnan Oktarın həbs edilməsi məsələsi də var. Bu iş üzrə aparılan əməliyyatlar hər gün daha bir ilginc məlumatları, faktları ortaya çıxartmaqdadır. Xatırladaq ki, ötən həftə “hoca” və onun 200-dən çox tərəfdarı hüquq mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb.
Adnan Oktar və 235 müridi saxlanıldı. Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı Adnan Oktar və onun tərəfdarları əvvəlcə müqavimət göstərib. Nəticədə Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evinin yaxınlığına helikopterlər cəlb olunub. Daha sonra müqaviməti yetərsiz olan “hoca” və tərəfdarları həbs edilib. Əməliyyat zamanı onun evindən çoxlu sayda silah-sursat, zirehli geyimlər, avtomobil, qəfəslərdə saxlanılan bahalı köpəklər müsadirə edilib.
“Hoca” və tərəfdarlarına qarşı azyaşlı qızlara təcavüz, çirkli pulların yuyulması, cinayət dəstəsi təşkil etmək, siyasi casusluq, təhdid və şantajla bağlı ittihamlar irəli sürülüb.
Qeyd edək ki, Adnan Oktar deyərkən göz önünə Esma Özgül, Beyza Bayraktar, Seçkin Piriler, Tuğça Doras kimi gözəllər gəlir. O, Türkiyədə açıq-aşkar hərəmxana saxlayan yeganə şəxslərdən biri idi. Bu hərəmxanada Afrika, Hindistan, türk, slavyan, erməni, gürcü, çərkəz, çin gözəlləri var idi. Bu gözəllərin əhatəsində Adnan Oktar özünü əsl sultan kimi aparırdı.

Bəs, “kediciklər”in sevimlisi, məşhur “hoca” Adnan Oktar kimdir? “Hoca”nın əsl adı nədir?
Türkiyə mətbuatında bildirilir ki, əsl adı Adnan Arsanoğulları olan Adnan Oktar 1956-cı ildə Ankarada dünyaya gəlib. Hələ kiçik yaşlarından atasını itirən Adnan Oktar orta məktəbi də Ankarada başa vurub.
Daha sonra İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasında memarlıq bölümünə daxil olub. Lakin az keçməmiş akademiyadan ayrılıb. Bunun ardından isə İstanbul Universiteti ədəbiyyat fakültəsi fəlsəfə və tarix bölümünə daxil olub və bu təhsilini də tez bir zamanda yarımçıq qoyub. Ali təhsil ala bilməyən Adnan Oktar Harun Yəhya imzası ilə kitablar yazmağa başlayıb. Onun düşüncəsinə görə, təkamül nosizm, materializm, buddizm və kommunizmlə əlaqəli satanik bir tədrisdir.

 

Adnan Oktar hərbi xidmətdən necə yayına bilib?
Türkiyə Adnan Oktarla bağlı araşdırmalar apararkən məlum olub ki, “hoca” hərbi xidmətə getməyib. O da hər kəsə məlumdur ki, Türkiyə kimi dövlətdə məşhurlar belə, hərbi xidmətdən yayına bilmir.
Bəs necə olub ki, Adnan Oktar hərbidən yayınıb? Qeyd edək ki, bir müddət əvvəl “hoca”nın şizofreniya xəstəsi olduğu barədə iddialar yayılmışdı. Lakin Adnan Oktar qətiyyətlə bu iddiaları rədd etmiş, ona böhtan atıldığını demişdi. Araşdırmalar isə bunun doğru olduğunu sübut edib. Belə ki, araşdırmalara görə, o, 1988-ci il 4 mart tarixində Gülhanə Hərbi-Tibb Akademiyasından “əsgərliyə yararlı deyil” arayışını alıb və hərbi xidmətə getməyib. Ona ən ağır psixi xəstəlik olan “paranoid şizofreniya” xəstəliyi diaqnozu qoyulub.

 

Bu arayışı aldığı üçün 1997-ci ildə polis tərəfindən saxlanılsa da sonradan “psixi xəstələrə cəza verilmir” qərarı əsas gətirilərək azadlığa buraxılmışdı. Bu səbəbdən də iddialar var ki, Adnan Oktar həmin arayış ilə bu dəfə də həbsdən yayına biləcək…
1999-cu ildə daxili işlər naziri Sadetdin Tantanın rəhbərliyi ilə aparılan əməliyyat zamanı Adnan Oktar yenidən həbsə alınıb. Bu dəfə o, 19 ay həbsdə qalıb.
S.Tantan onun haqqında belə demişdi: “Bu şəxs Abdulla Öcalandan da təhlükəlidir”.
Adnan Oktar isə həmin günləri belə xatırlayıb: “Ayağıma zəncir bağlanılaraq hücrələrə salındım. Sonra da Bakırköydəki dəlixanaya göndərilərək ən təhlükəli ruhu xəstələrin olduğu “14A” blokuna atıldım. 300 ən təhlükəli ruhi xəstənin olduğu bir yerdə aylarla qaldım. Orada olarkən 7 cinayət, qətl hadisəsi baş verdi. Məni bir neçə dəfə öldürməyə çalışdılar. Həbsxana ilə dəlixanalarda 19 ay yatdıqdan sonra məhkəmənin qərarı, həmçinin həkimlərin yoxlanışından sonra sağlam olduğum ortaya çıxdı. Gülhanə Hərbi-Tibb Akademiyasının barəmdə xüsusi qərarı mövcuddur.  Həbs zamanı mənə çox sayda naməlum iynələr vurmuşdular”.

Təcavüzə uğrayan “imam bacılar”, təcavüzkar “imam qardaşlar”…
“Adnan Oktar işi”ndə əməliyyatlar davam etdikcə ilginc faktlar ortaya çıxmaqdadır. Belə ki, “turnike sistemi” kimi tanınan təcavüz silsiləsi məlum olub. Maraqlıdır ki, daha çox imkanlı ailələrdən olan, ali təhsilli, gözəl qızlar bu silsiləyə cəlb edilib. Qızlar əvvəlcə lüks həyatda yaşadılır, villalarda yerləşdiriliblər. Bir müddət sonra isə qızlar şəbəkə üzvləri tərəfindən təcavüzlərə məruz qalır, cinsi köləyə çevriliblər. Şəbəkə üzvləri qızları psixoloji olaraq özlərindən asılı vəziyyətə salır, tabe olmadıqda isə onlara uyuşdurucu maddələr vurulurmuş. Zamanla qızların ailələri ilə əlaqə saxlamaması üçün tədbirlər görmüş, tez-tez telefon nömrələri dəyişdirilirmiş.
Bir faktı da qeyd edək ki, Adnan Oktar həbs olunandan sonra onun tərəfindən təcavüzə uğradığını iddia edən 35 nəfər qız polisə şikayət edib. Bu şikayətçilərin 15 nəfəri 11-17 yaş arası olan zaman təcavüzə uğradığını bildirib. Hətta adı gizli saxlanılan 16 yaşlı qız anası tərəfindən gizli şəbəkəyə təhvil verildiyini deyib.
“Hoca”nın şəbəkəsi əsasən bu cür qurulmuşdu: 1. Baş imam – Adnan Oktar; Kiçik imamlar – Bahadır Güvən; Dirat Dəvəlioğlu, Sıravi üzvlər – qardaşlar, bacılar; “cariyələr” – şəbəkənin seks kölələri; “Motorlar” – xidmətçilər. Şəbəkə daxilində qızlar “bacılar”, “imam bacıları”, “bacı imamları”, kişilər isə “qardaşlar”, “imam qardaşları”, “qardaş imamları” kimi kateqoriyalara bölünüblər.

 

“Şişirdilmiş kediciklər”
“Kedicik” qadınların həm üz, həm də bədən quruluşuna görə bir-birinə bənzəməsi hər zaman müzakirə mövzusu olmuşdu. Onların Adnan Oktarın zövqü ilə estetik əməliyyat keçirdiyi barədə iddialar var idi.
Lakin “hoca” “kediciklər”in əslində təbii gözəl olduğunu, onların estetik əməliyyat keçirdiyi ilə bağlı iddiaların yalan, uydurma olduğunu bildirirdi. Aparılan son əməliyyatlar zamanı isə sübut olundu ki, “kediciklər”in hamısının almacıq sümüyü qabarıq, dodaqları şişirdilmiş, belləri isə incə olması üçün estetik əməliyyatlar keçiriblər.

 

Azərbaycanlıları təhqir edən Adnan Oktarın azərbaycanlı tərəfdarları…

Məlum olduğu kimi, Azərbaycanda da Adnan Oktar tərəfdarları var. Türkiyə mətbuatının yaydığı məlumata görə, onun azərbaycanlı tərəfdarlarının sayı təxminən 200 nəfərdən çoxdur. Onların zamanında Türkiyədə İbrahim Tuncer və Didem Ürerlə əlaqələrinin olduğu iddia edilir. Hər zaman təşkilata maddi və qadın dəstəyi verən azərbaycanlı tərəfdarlar Adnan Oktar həbs edildikdən sonra da ona dəstək verməkdən çəkinməyib, sosial şəbəkələrdə çağırışlar ediblər. Bu arada bir faktı da qeyd edək ki, ötən il Adnan Oktarın tərəfdarları sosial şəbəkələrdə video yayaraq, ona olan sevgilərini dilə gətirmişdilər.
Ötən il hətta iddia olunurdu ki, “A9” telekanalının tezliklə Bakıda da nümayəndəliyi açılacaq və yayıma başlayacaq. Deyilənə görə, hətta avadanlıqlar da hazırlanıbmış, sadəcə müəyyən zaman gözlənilirmiş.
Beləliklə, iddialara görə, “hoca”ya dəstək verən azərbaycanlıların barələrində hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başladılıb. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral mətbuata açıqlamasında bildirmişdi ki, Adnan Oktarın Azərbaycandakı üzvlərinə qarşı da əməliyyat aparıla bilər. Səfirin sözlərinə görə, hazırda məhkəmə prosesi davam edir, konkret qərar yoxdur.

 

“Araşdırmaların nəticəsindən asılı olaraq, bu proses Azərbaycan və digər ölkələrdə də aparılacaq”
Bu arada “A24.az” saytının məlumatına görə, Adnan Oktarın həbsindən sonra Azərbaycanda 54 qadın Türkiyənin Azərbaycandakı səfirinə ərizə yazaraq bildiriblər ki, onları zərərçəkmiş qismində hazırda istintaqı gedən “Adnan Oktar işi”nə cəlb etsinlər.
Məlumatda o da bildirilir ki, “hoca”nın Azərbaycandakı şəbəkəsinin kişi üzvləri üçün imam Ramiq Vəliyev, qadın üzvləri üçün imam isə onun həyat yoldaşı Aysel Vəliyeva olub. Qeyd edək ki, adıçəkilən şəxslər tez-tez “A9” telekanalında Adnan Oktarın verilişində iştirak ediblər.
Onu da əlavə edək ki, televiziyada “kedicikləri” ilə birgə əxlaqsızlığı yaymaqla məşğul olan Adnan Oktar bir müddət bundan əvvəl azərbaycanlıları da təhqir etmişdi. Belə ki, “hoca” Dağlıq Qarabağ münaqişəsindən danışarkən, məsələyə birtərəfli yanaşaraq, Azərbaycanda ermənilərə nifrət edən hər kəsi “it” adlandırmışdı. Onun bu addımı ölkəmizdə etriazlarla qarşılanmışdı.

 

İsrail, mason casusu…
Apardığı verilişlərə görə, böyük təpki toplayan Adnan Oktarın İsraillə əlaqələri də ortaya çıxıb. Əslində uzun illərdir ki, onun İsrail agenti olduğu haqda məlumatlar var idi.
Bir müddət bundan əvvəl israilli publisist, məşhur sionist Aviqdor Eskin Türkiyəyə gələrkən Adnan Oktarı ziyarət etmiş və maraqlı fikir söyləmişdi: “Mavi Marmara” böhranından sonra Türkiyə-İsrail münasibətlərini məhz Adnan Oktar bərpa edib…”
Onun masonluğu təbliğ etməsi də hər kəsə məlum idi. Məhz onun dəvəti ilə Türkiyənin İstanbul şəhərinə gələn İtaliya Mason Lojasının lideri Gian Franco Pilloni ona “33-cü dərəcəli mason diplomu” verib. Beləliklə, özünü İslam alimi kimi təqdim edən Adnan Oktar əslində, rəsmən mason olub.
Müsavat.com
Əvvəlki yazı

Gəncə tətikçisini “el qəhrəmanı” edənlərin məqsədi…

Sonrakı yazı

“Gənclər və sosial şəbəkələr” mövzusunda geniş tədbir keçirilib

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.