07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Adnan Oktar mason olmaq üçün 1 milyon 50 min avro ödəyib – faktlar, sənədlər, etiraflar

26 İyul 2018, 11:08
Cəmiyyət, Banner
A A
Adnan Oktar mason olmaq üçün 1 milyon 50 min avro ödəyib – faktlar, sənədlər, etiraflar

AİDS testindən və yalan detektorundan keçən “kedicik”lər, Trampın dəvətinə qatılmaq üçün ödənilən 200 min dollar – Oktar qalmaqalı davam edir

Türkiyədə həbs olunan Adnan Oktar və onun dəstəsi ilə bağlı yeni şok detallar üzə çıxmaqda davam edir. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, cinayətkar qruplaşmanın tələsinə düşən gənc qızlardan qan nümunələri alınıb, AIDS Və hepatit testi keçiriləndən sonra Adnan Oktara təqdim edilirdi.

Adnan Oktar “kedicik”lərini yalan detektoruna oturdurmuş

“Mengele” kod adlı qaçaq həkim Muhammed Cihat Gündoğdunun evində bu məqsədlə istifadə edilən, son texnologiyalara sahib tibbi cihazlar ələ keçirilib. Gündoğdunun evi və xəstəxanadakı otağında yerləşən cihazlar da ələ keçirilib.

Həkim Cihat Gündoğdu eyni zamanda bu cinayətkar qruplaşmanın içində komplikasiya proqramlarına sahib olan yalan detektorundan da istifadə edib. Bu maşının özəl bir kompüter, barmaq ucuna taxılan nəbz ölçən və yeni texnoloji səs analizi edə bilən mikrofondan ibarət olduğu ortaya çıxıb. O, qrupun bəzi üzvləri üzərində təcrübələr keçib, ardınca isə “Bacılar” qrupundan bir-iki nəfərə bu cihazdan istifadəni öyrədib, kompüteri və ona aid hissələri onlara təslim edib.

Картинки по запросу Adnan Oktar mason

Onu həbsxanada iki nəfər ziyarət edib

Bu arada Adnan Oktarın türmə günləri ilə bağlı maraqlı detallar üzə çıxmağa davam edir. Silivridən Edirne F tipi türməyə köçürülən A.Oktarın ilk ziyarətçiləri də gəlib. Oktar onlarla ilk qapalı görüşünü keçirib.

Oktar ilk iki gün videokameralı müşahidə otağında türmənin psixo-sosial mütəxəssisləri tərəfindən müşahidə altında tutulandan sonra 3 nəfərlik bir hücrəyə göndərilib. Oktarın ilk ziyarətçiləri ginekoloq qardaşı Kənan Oktar və qardaşı qızı Qamze Oktar olub. Oktar ziyarətçiləri ilə şüşə qoruyucunun arxasından görüşüb. Görüşə türmə işçiləri də nəzarət edib və onların ümumi söhbətləri yarım saat davam edib.

Normal şərtlər altında Oktarın yaxınları ilə həftədə bir dəfə qapalı görüş, ayda bir dəfə də açıq görüş keçirmək haqqı var. Amma intizam cəzası alarsa, bu hüququ məhdudlaşa bilər.

Картинки по запросу Adnan Oktar mason

Trampın dəvətinə qatılmaq üçün 200 min dollar ödəyib

Bu mövzu ilə bağlı daha bir detal isə A.Oktarın necə mason olmasıdır. Türkiyə mediası yazır ki, cinayətkar qruplaşmanın lideri 1 milyon 50 min avro verərək, 33-cü dərəcədən mason olub.

İstintaq çərçivəsində ifadə verən C.Ö adlı təqsirləndirilən şəxs Oktarın həmin sənədi necə aldığını deyib: “Adnan Oktar 2012-ci ildə xaricdə daha böyük nüfuz əldə etmək üçün mason olmasının vacibliyini dedi və məndən bununla bağlı araşdırma aparmağımı istədi. Mən də dünyadakı ən güclü mason lojalarının Şotland Rit və P2 mason lojaları olduğunu öyrənib bildirdim. Ritə üzv olmaq üçün İngiltərədə yaşaması lazım idi. Ona görə də P2 Mason lojası ilə əlaqə qurmağımı istədi. Hər dəfə 350 min avro olmaqla, 3 dəfə pul verərək, 33-cü dərəcədən mason olmasına nail olduq. Bu vəsilə ilə 2014-cü ildə İtalya xarici işlər naziri Franco Frattini Türkiyəyə gələrək, A.Oktar ilə görüşdü. Bu loja Vaşinqton lojası ilə ortaq hərəkət etdiyi üçün Trampın prezidentiyə qəbul günündə də dəvət alındı. Adnan Oktarı təmsil etmək üzrə Oktar Babuna və yanındakı bir nəfər bu tədbirə qatıldı. Bu dəvətnamələri almaq üçün Adnan Oktar 200 min dollar pul ödədi”.

Oktarın tapançaları, mərmiləri və Tövratı

A.Oktarla bağlı həyata keçirilən əməliyyatlarda ələ keçirilən silahlar və cinayət ünsürəri İstanbul əmniyyət müdirliyində nümayiş etdirilib. Oktarın İstanbul-Çengelköydəki villasında ələ keçirilən əl yazması Tövrat isə İstanbul Muzeylər Müdirliyinə təslim edilib. Hazırlanacaq sənədin ardınca Tövrat müəyyən bir muzeydə nümayiş etdiriləcək. Ünvanlarda ələ keçirilən tabloların ekspertizası isə davam etdirilir.

Polis, 17-si sənədli, 5-i sənədsiz olmaqla toplam 23 tüfəng, 65-i sənədli, 5-i sənədsiz olmaqla 70 tapança, 7 polis ratsiyası, 17 min mərmi və 289 güllə sandıqçası ələ keçirilib. Cinayətkar qruplaşma qızıl əşya satışı ilə məşğul olan şirkətlərin adından istifadə edərək, bu silahları saxta sənədlərlə əldə edib.

İstanbul Baş Prokurorluğunun həyata keçirdiyi istintaq çərçivəsində Oktarın “cinayətə yol vermək məqsədilə qruplaşma qurmaq”, “uşaqların cinsi istismarı”, “məqsədli cinsi hücum”, “şantaj”, “mal varlığı dəyərlərini ölkə xaricinə çıxarmaq” və “”şiddət, təhdiddən istifadə edərək insanların azadlığını məhdudlaşdırmaq” kimi cinayətlərdən həbsinə qərar verilib. Əməliyyat çərçivəsində 187 nəfər göz altına alınıb, onlardan 168-i həbs olunub. Oktarın yaxın cangüdəni Cüneyt Özyaşarın da həbsi ilə bu say 169 olub. Bəzi qaçaq şübhəlilər isə hələ də axtarılır.

Sevinc
Musavat.com

Əvvəlki yazı

Rusiya “A planı”nı işə salır – ermənilər şokda

Sonrakı yazı

“250 mini Elmira Axundova şəxsən özü mənə evində qaytardı” – MƏHKƏMƏ

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.