Penitensiar Xidmət həkim Adil Qeybullanın Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.
Reportyor.info-nun xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, görüş bu gün saat 17:00-da olacaq.
Qeyd edək ki, Tofiq Yaqublu 4 il 3 ay həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib.
Tofiq Yaqublu həbsinə etiraz əlaməti olaraq artıq 10-cu gündür aclıq aksiyası keçirir. Ailəsi onun durmunun yaxşı olmadığını bildirir