13-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Adil İsmayılov Çingiz Qənizadəni özündən çıxardı – Qalmaqal

07 Avqust 2019, 10:40
Siyasət, Seçmə
A A
Adil İsmayılov Çingiz Qənizadəni özündən çıxardı – Qalmaqal
Tanınmış hüquqşünas Adil İsmayılov sosial şəbəkələrdə aktivlik nümayiş etdirməyə başlayıb və ötənlərə ekskurs edərək hadisələrin öz baxış bucağından təqdimatına başlayıb.
Bu dəfə o millət vəkili, AXC iqtidarı dönəmində Bakı Şəhər Prokuroru olan Çingiz Qənizadənin bostanına daş atıb. Moderator.az onun statusunu olduğu kimi təqdim etməklə bərabər Çingiz Qənizadənin də cavab haqqına hörmət edərək onun ittihamlara münasibətini öyrənib. Yəni əvvəlcə hüquqşünasın ittihamını, sonra isə bu ittihama millət vəkilinin cavabını oxuculara təqdim edirik:
“İndi danışacağım əhvalatın ağlamalı, yoxsa gülməli olmasına özünüz qiymət verin. 1992-ci il Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövr idi. Çingiz Qənizadə (o vaxt Qəniyev idi) Bakı şəhərinə yenicə prokuror təyin edilmişdi, mən də bir il idi ki, vəkillik edirdim. Qənizadə prokuror vəzifəsinə təsadüf nəticəsində düşmüş adam olduğundan (bu təyinatın tarixçəsini mənə onun səbəbkarı olan hörmətini saxladığım və inandığım bir nəfər danışıb, istəsə Çingiz özü danışa bilər) və yəqin işi bilmədiyi üçün qısa zaman kəsiyində bir neçə dəfə toqquşmuşduq.
Çətin anlarımda mənə yaxşılığı keçmiş bir tanışım, zəng edərək Bakı şəhər prokuroru Qəniyevin onun bacısı oğlunu həbs etdiyini danışdı. Əhvalat belə olmuşdu. DAM-da ( indiki YPX) işləyən bacıoğlu bir iş yoldaşı ilə CƏNGİ aşırımında polis maşınında növbə çəkirmiş. Onlar bir Yiquli avtomobilini saxlayırlar. Maşın ağzınacan ayaqqabı ilə dolu olur, sürücü və sərnişin oturduqları yerdən başqa. Məlum olur ki, sürücü və sərnişini Ağdaş rayon sakinləridir, indiki dillə desək iş adamlarıdı, o vaxt bunlara alverçi deyərdilər. Leninqraddan( İndiki Sankt-Peterburqdan) gəlirlər, satmaq üçün ayaqqabı gətiriblər və onları aeroportda öz maşınlarına yükləyib Ağdaşa evlərinə gedirlər. Adamlar dədə-baba qaydasında polislərə pul vermək istəmədikləri üçün qohum olduqları Çingiz Qənizadənin adını verirlər. Polislər də deyir ki, belə prokuror tanımırıq. Bundan sonra polis qardaşlar hərəsi bir cüt ayaqqabı götürür və maşını buraxırlar. Bu hadisə həftənin 5-ci günü olur. Bazar günü Çingiz müəllim( o vaxt bəy idi) Ağdaşa hansısa mərasimə gəlir. Orda qohumları Çingizə şikayətlənir ki, bəy, sən necə prokurorsan, QAİ səni saymır. Mimino kinosunda olduğu kimi “QAİ tebya ne uvajayet”. Çingiz bəy də birinci gün işə çıxan kimi yol polisinin həmin əməkdaşlarını, soyadları indiki kimi yadımdadı, bacıoğlu Piriyev, o biri isə Xaspoladov idi, Bakı prokurorluğuna kabinetinə gətizdirib, paqonlarını sökür və hər ikisini həbs edir. Mənə olan zəngdən sonra bacıoğlunun valideynləri ilə müqavilə bağlayıb Qənizadənin qəbuluna getdim. Dedim ki, Çingiz bəy, qanunsuz hərəkət etmisiniz, adamları qanunsuz tutmusunuz. Soruşdu ki, niyə? Dedim Bakı şəhər prokurorunun Abşeron rayonu ərazisində baş verən hadisyə görə adam tutması qanunaziddir. Əvvəl tam ciddi “olmazmı” soruşdu, sonra isə yaxşı etmişəm dedi. Mən heç nə demədən sağollaşıb getdim, ertəsi gün Baş prokuror mənim şikayətimlə işi Bakı prokurorluğundan alıb ərazi aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna (prokuror Vahabzadə idi) göndərdi. .. Bir şeyi deməsəm ürəyim partlayar:) İndi hər dəfə Qənizadə qanundan, qanunçuluqdan ağızdolusu danışanda üzümdə təbəssüm yaranır və o hadisəni xatırlayıram”.
İndi isə Çingiz Qənizadənin məsələyə özəl münasibətini təqdim edirik:
“Belə bir hadisəni xatırlayıram, amma çox təəssüf ki, Adil İsmayılovun dediyi kimi deyil. Ola bilsin o, hər bir hadisəyə öz prizmasından baxır və zaman keçib, xeyli müddət ötüb, görünür, hadisə və faktları təhrif edir, ya da sadəcə yadından çıxıb. Amma mən A.İsmayılovdan özümə qarşı bu cür münasibətin, bu cür təhrif olunmuş ifadələrin və fikirlərin yönləndirilməsinə heç cür inana bilməzdim.
Həqiqətən də iki nəfər Ağdaş rayon sakini Bakı Şəhər Prokurorluğuna gələrək mənimlə görüşmək istədiklərini bildirdilər. Təbii ki, mən onları qəbul etdim, çünki o vaxt şəhər prokurorluğunun qəbuluna düşmək asan idi. Onları dinlədim və məlum oldu ki, aeroportdan gəlib evlərinə gedərkən Cəngi deyilən ərazidə polis postunda yox, elə yolun ortasındaca polis əməkdaşları onları saxlayaraq maşında ailələrinə aid olan çantaları bir-bir açıb töküblər və hətta onlardan biri şikayət etməsinin səbəbinin məhz bu fakt olduğunu bildirərək dedi ki, bağlamaların birində qadınlara məxsus alt paltarları var idi və onu açanda xahiş etdik ki, bunlar qadınlara məxus paltarlardı, onları açmayın. Amma polis əməkdaşları onları da açdılar. Bu da hər iki şikayətçiyə çox böyük təsir etmişdi. Sonra isə polis əməkdaşları maşından iki cüt ayaqqabı götürüblər. (Yeri gəlmişkən, həmin polis əməkdaşlarından biri o vaxtkı daxili işlər nazirinin müavininin bacısı oğlu, digərinin qardaşı isə Xızı rayon prokurorluğunun yüksək çinli əməkdaşı olub).
Həqiqətən də maşında bir neçə cüt ayaqqabı olub. Polis əməkdaşları bundan sonra onları buraxıblar. Təbii ki, onların əməlində heç bir kriminal yox idi və A.İsmaylovun dediyi kimi təyyarə ilə bir maşın ayaqqabı gətirmək də qeyri-mümkün idi, o vaxt bu CM-də məsuliyyət yaradırdı və A.İsmayılov bir maşın ayaqqabı deməklə əslində özü-özünü təkzib edir. O vaxt 2-3 cüt ayaqqabı olanda  artıq bu alver kimi qiymətləndirilirdi və cinayət məsuliyyəti yaradırdı.
Mən bu adamlara dəfələrlə yaxşı fikirləşmələrini və bunun həqiqət olmasa polisə qarşı sizin tərəfdən qərəzin və s. olduğunu bildirdikdə onlar təkidlə ərizə yazacaqlarını və onlara kömək etməyimin zəruriliyini bildirdilər. Təbii ki, ərazi aidiyyatı üzrə o vaxtki Abşeron rayon ərazisi Bakı şəhər prokuroruluğuna aid deyildi, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə məlumat verdikdən sonra Bakı şəhər Polis idarəsindən bir neçə əməliyyatçı götürməklə iki polis əməkdaşının saxlanılmasını Daxili İşlər Nazirliyi həyata keçirdi. Onlar həbs edildikdən sonra onda şikayətçilər də prokurorluqda idilər və təbii ki, müəyyən olunmuşdu onlar hansı gün növbədədirlər və təsadüfən həmin gün növbədə olduqları günə düşmüşdü. Onları da şəhər prokurorluğuna gətirdilər və Respublika prokurorluğunun əməkdaşları (çünki tərəfin biri polis olduqda bu işin istintaqını istər-istəməz prokurorluq aparır) aidiyyatı üzrə Bakı şəhərindən kənarda olduğuna görə Respublika prokurorluğunun əməkdaşları onları dindirdilər və üzləşdirdilər. Hər iki polis əməkdaşı etdikləri səhvi etiraf edərək ayaqqabıların da evlərində olduğunu bildirdilər. Dərhal əməliyyatçılar onların evlərinə gedərək iki cüt ayaqqabını da maddi sübut kimi tapıb gətirdilər. Bundan sonra bu işin istindaqı ərazi aidiyyatı üzrə Abşeron rayon prokurorluğuna göndərildi və təbii ki, işin üzərində Respublika prokurorluğunun nəzarəti qalmaq şərtiylə.
Lakin A.İsmaylovun təbirincə desək o, müqavilə bağladığı adamların arzu və niyyətini həyata keçirə bilmədi, hər hansı vasitə, vəzifə bu işdə rol oynamadı, həmin iki polis əməkdaşı polis orqanlarından xaric edilərək həbs edildilər. Onlar səhv etmirəmsə üç il müddətinə azadlıqdan məhrum edildilər.
A.İsmaylov yazır ki, həmin vaxt mən bir ildir vəkillik edirdim. A. İsmayılovdan fərqli olaraq mən isə prokuror təyin edilənə qədər Ədliyyə Nazirliyində çalışmışdım, artıq bir neçə il vəkil kimi fəaliyyət göstərmişdim, Vəkillər Kollegiyasının üzvü olmuşdum və A.İsmaylovdan fərqli olaraq həm ali məktəbdə, ondan sonrakı dövrlərdə də öz üzərimdə çalışan bir hüquqşunas kimi həmişə oxumağa, öyrənməyə, bilməyə üstünlük vermişəm və ali məktəbi də yüksək qiymətlərlə bitirmişəm, o, bunu tələbə yoldaşlarımdan da soruşa bilər. Hazırda da hüquq üzrə fəlsəfə doktoruyam və qeyd etməliyəm ki, millət vəkili olmamışdan öncə – 2004-cü ildə elmiş işi müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru adı almışam. Mən A.İsmaylovun bu cür sərsəm, öz təxəyyülünə və özünün istəyinə uyğun formada quraşdırıb sosial şəbəkədə paylaşdığı fikirlərinə təəssüf edirəm. Bir daha bildirirəm ki, A.İsmayılovun bu cür açıqlamaları və bu cür fikir payşalması bilmirəm gülməlidir, yoxsa ağlamalı. Hər halda yaxşı hal deyil, çünki mənim onunla heç vaxt hər hansı bir qərəzli qarşıdurmam olmayıb, bir-birimizin xətirinə də dəyməmişik. Amma birdən-birə o, yaşının bu vaxtında görünür ünsiyyətdə olduğu hər bir şəxs haqqında qarayaxma və böhtan atmaqla münasibətləri korlamağa çalışır. Əfsuslar olsun.
Bir sual vermək istəyirəm ki, görəsən A.İsmayılovun ailə üzvlərinə aid olan alt paltarları olan bağlamanı hansısa bir polis və gömrük əməkdaşı qanunsuz şəkildə açıb baxsaydı, onun bu məsələyə münasibəti necə olardı? Yəni mən şikayətçinin kövrələrək dediyi fikirləri deyirəm, axı biz müsəlmanıq, qız-gəlinə aid olan əşyaları açmaq Azərbaycan kişisinə yaraşmaz.
Bir də orda A.İsmayılov yazır ki, guya mənim şikayətim əsasında Respublika prokurorluğu işi alıb göndərib. Bu da tamamilə yalandır və işlə bağlı ilk növbədən Daxili İşlər Nazirliyi əməliyyat keçirmişdi və həmin bu cinayət işi də aidiyyatı üzrə də Abşeron rayon prokurorluğuna göndərildi və Bakı şəhər prokurorluğunda hər hansı bir istintaq və əməliyyat aparılmayıb. Sadəcə şikayətçilər Bakı prokurorluğuna gəldikdən sonra aidiyyatı üzrə Baş prokurorluğa və Daxili İşlər Nazirliyinə məlumat verilib və onlar da əməliyyat keçirib o adamları həbs edərək aidiyyatı üzrə təhvil veriblər. Yaxşı olar ki, A.İsmayılov bacıoğlu dediyi adamın dayısının məhs daxili işlər nazirinin müavini olduğunu qeyd eləsin və onun adını da desin. Mən hələlik istəmirəm hörmətli şəxsin adını çəkim. Amma A.İsmayılov həmişə bu cür “yağlı” işlərə çıxmağa cəhd edir və nəticə də uğrusuz olanda üstündən bir müddət keçəndən sonra özünə uyğun, təhrif olunmuş formada bu informasiyaları verir və bununla da öz reytinqini qorumağa çalışır. Çox təəssüf edirəm”.
Əvvəlki yazı

UEFA Çempionlar Liqası:”Qarabağ” APOEL səfərindən qələbə ilə dönür

Sonrakı yazı

“Nə tökərsən aşına, o da çıxar qaşığına” – Deputat

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.