16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Adil Əliyevin manifesti: şirkəti ev yıxır, Qarabağ qazisinin torpağını yağmalayır…-VIDEO

27 Noyabr 2018, 10:28
Cəmiyyət
A A
Adil Əliyevin manifesti: şirkəti ev yıxır, Qarabağ qazisinin torpağını yağmalayır…-VIDEO
Millət vəkili Adil Əliyev gündəmdə Zamirə Hacıyeva, Abel Məhərrəmov, hətta Parisdəki etirazları, Krımda Rus-Ukrayna toqquşmasını geridə qoymaqdadır.
Anaxeber.İnfo-nun verdiyi məlumata görə, son günlər sosial şəbəkələrin və elektron medianın “fenomeni”nə çevrilmiş A.Əliyev qalmaqalla yadda qalmaqdadır.
Deputatın vətəndaş Xəzangül Məmmədova ilə torpaq çəkişməsi, məsələnin hüquqi müstəvidə getdikcə qızışması, tərəflərin bir-birini açıq şəkildə ittiham eləməsi, hətta “şayka” deyərək ağır leksikona keçid olunması mətbuatın bu qovğaya diqqətini bir qədər də artırıb.
Məsələnin leytmotivi ondan ibarətdir ki, vətəndaş Xəzangül Məmmədova Bakının 7-ci mikrorayon ərazisində 2007-ci ildə Binəqədi bələdiyyəsindən 1000 kv.m torpaq sahəsi alıb.
Onun sözlərinə görə, “Amor” şadlıq evinin arxasında yerləşən ərazi deputat Adil Əliyev tərəfindən əlindən alınıb, qaynanasının aıdna sənədləşdirilib, məhkəmələr millət vəkilinə qahmar çıxıb.
X.Məmmədova aldadılıb, ərazidə inzibati bina tikildiyi bildirilib. Guya Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin binası tikiləcək.
Amma əvəzində A.Əliyev tərəfindən 2014-cü ildən başlayaraq “Çıraq palace” şadlıq sarayı inşa olunub. Görəsən, deputatın prokurorluğun adından sui-istifadə etməsi səlahiyyəti varmı?
Şikayətçinin nümayəndəsi Ələmşah Şükürov dövlət rəhbərliyinə, müxtəlif instansiyalara, məhkəmələrə müraciətlər etsə də, A.Əliyev müxtəlif yollarla məhkəmələri ələ almaqdadır.
İddiaçının sual edir ki, nəyə görə 7 il mənim mülkiyyətimdə olan torpaq sahəsinin sənədləri sizin həmin yerdə şadlıq sarayı tikmək iddianızdan sonra ləğv edildi:
” Nəyiniz var özünüzə qismət, bizim sizin obyektlərinizdə gözümüz yoxdur. Bizim də torpağımızda sizin gözünüz olmasın.
Nəyə görə Binəqədi rayon məhkəməsinin 01 may 2014-cü il tarixli Qətnaməsindən sonra – biz sizinlə razılaşmadıqdan sonra torpaq sahəsinin sənədləri ləğv edildi?
Nəyə görə və nə vaxtdan sizə məxsus “Çıraq” şadlıq sarayı Azərbaycan Respublikası Baş Prokrorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası hesab edilir?”
A.Əliyev isə deyib ki, bu məsələnin, ümumiyyətlə, ona aidiyyatı yoxdur: “Həm də hüquqi dövlətdə yaşayırıqsa, bu, necə ola bilər? Bu, qohumlarımla bağlı məsələdir, onlar da buna hüquqi müstəvidə, yəni məhkəmə qaydasında aydınlıq gətiriblər”.
Yəni, millət vəkili bu konfliktin olduğunu və qohumlarının ərazidə restoran tikdirdiyini təsdiqləyir. Hər halda A.Əliyev özünün dediyi kimi, hüquqi dövlətdə kimsə başqasının torpağını zəbt edə bilməz.
Üstəlik, söhbət adi vətəndaşdan gedirsə, məhkəmə dərhal obyektiv qərar çıxarardı. Ancaq burada millət vəkilinin qohumlarından söhbət gedirsə, deməli qeyri-rəsmi müdaxilə olub.
Üstəgəl, etiraf etmək lazımdır ki, deputatın ədliyyə nazirinin müavini olan, Azərbaycanda çox nüfuzlu qardaşı var. Deməli, qohumlar onlara güvənərək X.Məmmədovanın ərazisini əlindən alıblar.
Yada salaq ki, bir neçə il qabaq A.Əliyevin qohumu olan İsa Əzizov adlı idmançı qohumu gənc qızı, sonra yanacaqdoldurma məntəqəsinin əməkdaşını döydüyü üçün həbs edilmişdi. Az sonra azadlığa buraxıldı. Yəni, qohumlar həmişə vəzifəli qardaşlara güvəniblər, arxayın olublar.
Ancaq X.Məmmədova ilə olan qovğa A.Əliyevin adı qarışan ilk mülki məsələ deyil. Virtualaz.org saytında Səbail rayonu ərazisində yaşayış binası tikən bir şirkətin camaatın başına açdığı oyundan bəhs edən yazı olmuşdu.
Həmin yazıda adıçəkilən şirkətin Adil Əliyevə məxsus olduğu bildirilirdi. Deputat isə bu iddianı də təkzib etmişdi.
Bir müddət əvvəl isə  Qarabağ qazisi, ehtiyatda olan zabit Oruc Məmmədov Qafqaz Xəbər Agentliyinə müraciət etmiş, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində ona aid 40 sot torpağın deputat Adil Əliyev tərəfindən zəbt edildiyini demişdi:
“Mənim torpaq sahəmlə qonşu olan 4 sot torpağı hansısa yollarla qayınanası Qətibə Abdullayevanın adına alıb, amma restoran mənim ərazimdədir.
Bəs, niyə məhz bu millət vəkilinin adı belə qalmaqallarda çəkilir? Hər halda şikayətçilərin yatıb yuxusuna A.Əliyev girərək səhər adını açıqlamırlar…
Sonuncu qalmaqal – Xəzangül Məmmədova ilə olan torpaq mübahisəsi isə digərlərindən fərqli olaraq, məhkəmə müstəvisində qızışmaqdadır.
Qarşı tərəf sona qədər mübarizə aparmaqda iddialıdır və dövlət başçısından A.Əliyevin qanunsuzluğu barədə reaksiya göstərməsini xahiş edir: “Nəyə görə bizim iddiamıza əsasən Binəqədi rayon məhkəməsində mülki işə baxılarkən siz 6 ay ərzində məhkəməni yubatdınız və həmin torpaq sahəsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilmədiniz?
Çünki həmin vaxt sizin əlinizdə heç bir sənədiniz yox idi, siz o torpağı zəbt etmişdiniz və qanunsuz tikili aparırdınız. Adil Əliyev, bu ən azından özbaşınalıq deyil, nədir?”
Vaxtilə virtualaz.org-a müsahibə vermiş A.Əliyev belə də demişdi: “Biznesimiz əlbəttə ki, var. Niyə yoxdur ki?! Biznesimiz çoxdur, böyükdür. Bu qədər idman zallarımız, trenajor salonlarımız var”. Vəssalam…

Əvvəlki yazı

Xırdalanın 24 saylı bağçasında Payız bayramına həsr olunmuş tədbir

Sonrakı yazı

Sülhəddin Əkbər Rusiya-Ukrayna gərginliyinə aydınlıq gətirdi:”PUTİNİN STRATEJİ PLANLARININ ÜZƏRİNDƏN XƏTT ÇƏKİLİR” – MÜSAHİBƏ

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.