07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ADİ KOMMUNAL PROBLEM? – “Malalayan” deputatdan qıcıq yaradan açıqlama

05 İyul 2018, 15:54
Gündəm, Seçmə
A A
ADİ KOMMUNAL PROBLEM? – “Malalayan” deputatdan qıcıq yaradan açıqlama

Azərbaycanda deputatların bəzən reallıq hissini itirərək, heç bir məntiqə sığmayan açıqlamalar verməsinə artıq adət etmişik. Çox vaxt bu tip açıqlamalarla öz aləmlərində hakimiyyətin mövqe və maraqlarına xidmət etdiklərini düşünən belə deputatların, əksinə “ayı xidməti” göstərdiklərinin necə fərqinə varmadıqları təəccüb doğurur. Özü də bu cür açıqlamalar nisbətən savadlı və hazırlıqlı millət vəkillərindən gələndə bu təəccüb birə beş artır…

Bu günlərdə ölkədə az qala həyatı iflic edən enerji böhranı ilə bağlı mətbuata açıqlama verən deputat Elman Nəsirov baş verənləri “kommunal problem” adlandırıb və bildirib ki, kimlərsə buna siyasi don geyindirmək istəyir. Ardınca da, necə deyərlər, yenə həmin “stil”, həmin köhnəlmiş arqumentlər, təriflər və s.

Onu da qeyd edək ki, E.Nəsirov bu açıqlamanı prezidentin keçirdiyi son müşavirədən əvvəl verib. Yəni bir növ “arientirovkanı” hələ tam tutuzdura bilmədiyi vaxtda. Sözsüz ki, ölkə başçısının məsələyə münasibəti bilinəndən sonra E.Nəsirov və onun kimilər “topun lüləsini” tam başqa istiqamətə çevirəcəklər və bu məsələnin olduqca böyük strateji əhəmiyyət kəsb etdiyini deyəcəklər…

Deputatın sözügedən açıqlamasından isə belə çıxdı ki, demək olar bütün ölkənin bir anda elektrik enerjisindən məhrum olması sadəcə, adi bir kommunal problemdir! Deməli milyonlarla insanın, bununla yanaşı bir çox dövlət qurumlarının, bir sıra xəstəxanaların, metropolitenin, nəqliyyat infrastrukturunun elektriksiz qalması, paytaxtda və regionlarda əhalinin ciddi narahatlıq və təşviş keçirməsi, bu istidə təkcə metro tunellərində 30 min insanın zülm çəkməsi, dövlətə və çoxlu sayda sahibkara külli miqdarda maddi ziyan vurulması və s. adi “kommunal problem” imiş…
Görəsən, ölkənin enerji təhlükəsizliyini ciddi şübhə altına alan, Azərbaycanı Rusiya və Gürcüstandan yardım istəməyə vadar edən bir hadisəyə “kommunal problem” demək üçün hansı “istedada” malik olmaq lazımdır?

2

Deputatın məntiqilə həmin adi “kommunal problemlə” bağlı ölkə başçısı tərəfindən xüsusi komissiya yaradılır, Prezident Administrasiyası rəsmi açıqlama yayır, vəziyyətin şəxsən prezidentin nəzarətində olduğunu bildirir? Bu nə məntiqdir, nə yanaşmadır? Kimlərinsə xoşuna gəlmək üçün bu qədər də əndazəni aşmağa nə ehtiyac var axı?Yəni bu tip açıqlamaların təkcə deputat statusunu deyil, ali icra orqanını da qeyri-ciddi, xoşagəlməz durumda qoyduğunu anlamaq bu qədərmi çətindir?

Axı ölkənin strateji maraqlarına təhlükə yaradan korrupsiyanın, məmur səhlənkarlığı və məsuliyyətsizliyinın hansı böyük fəsadlara və fəlakətlərə səbəb olacağının siqnalını verən bu hadisəni belə primitiv şəkildə “malalamağın” nə mənası var?

Əlbəttə ki, heç bir həmvətənimiz ölkəmizin güclü və sarsılmaz görünməsini sözügedən deputatdan az istəmir. Xüsusilə düşmən qarşısında bütöv, hər fövqəladə hadisəyə görə sarsılmayan, sınmayan cəmiyyət və dövlət kimi görünmək hər birimizin istəyidir. Amma strateji əhəmiyyətli sahələrimizin saat mexanizmi kimi işləməsinə cavabdeh olanlar da bizi düşmən qarşısına bir şəhərdəki (!) bir elektrik stansiyasının (!) bir blokunun (!) sıradan çıxması ilə az qala iflic vəziyyətə düşən ölkə kimi çıxarmamalıdır axı…

Yəqin ki, dünyada belə ciddi məsələlərə məişət səviyyəsində münasibət göstərmək “istedadı” yalnız bizim kommunal başlı məmur və deputatlarımızda ola bilər. Və nəhayət, bu deputatlar anlamalıdırlar ki, xüsusilə belə durumlarda kimlərisə bu cür savunmaq əhalidə daha artıq qıcıq yaratmaqdan başqa heç nəyə xidmət etmir və prezidentin “utanmalısınız” ifadəsi təkcə Etibar Piriverdiyevə aid deyil…

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

“SƏBƏBİ DE, ÖLKƏNİ NİYƏ QARANLIQ BÜRÜDÜ?” – Enerji müşavirəsinin tam VİDEOSU

Sonrakı yazı

Etibar Pirverdiyevi hansı cəza gözləyir?

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.