İsrail Həbsxana Xidməti Adnanın ölümündən əvvəl tibbi yardımdan imtina etdiyini bildirib. 45 yaşlı Kadir Adnan fevralın 5-də İordan çayının qərb sahilindəki Arrabadakı evindən saxlanılıb. “Terroru dəstəkləmək və terror qruplaşması ilə əlaqədə olmaq” ittihamı ilə təqsirləndirilən Adnan bu ay məhkəmə qarşısına çıxmalı idi. Fələstin hökuməti İsraili Adnanın ölümünə bilə-bilə səbəb olmaqda ittiham edib. Adnanın həyat yoldaşı Randa Mousa aclıq aksiyasına səbəb kimi ərinin mülki xəstəxanaya köçürülməsi və vəkili ilə görüşməsi tələblərinin yerinə yetirilməməsini göstərib. Fələstinin keçmiş informasiya naziri Martafa Barquti təhlükəsizlik naziri İtamar Ben-Qviri günahlandırıb.
QƏZZƏYƏ QİSAS
İslami Cihad İsraili də hədələyib. Adnanın ölümündən sonra Qəzza zolağından İsrailə 44 raket atılıb. İsrail ordusu Qəzzadakı hədəflərə hava zərbələri ilə cavab verdiyini açıqlayıb.