12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abutalıbov: “Nyutonun səhvini düzəltmək istəyirəm”

28 Noyabr 2019, 11:57
Seçmə, Banner
A A
Abutalıbov: “Nyutonun səhvini düzəltmək istəyirəm”

 

Baş nazirin sabiq müavini, hazırda təqaüddə olan Hacıbala Abutalıbovun Qaynarinfo.az-a virtual müsahibəsini təqdim edir:

– Hacıbala müəllim, işsiz qaldıqdan sonra özünüzü necə hiss edirsiniz?

– Düzü, ilk günlər bir az çətin idi. Beş-altı gün hər səhər tezdən qalxıb Nazirlər Kabinetinə gedirdim, mühafizəçilər qapının ağzından geri qaytarırdılar ki, artıq işdən çıxmısınız… Sonra başladım axşamdan əlimin üstünə “ruçka”yla “plyus” işarəsi qoymağa. Səhər duranda həmin işarəni görüb yadıma düşürdü ki, işdən çıxmışam, daha durub Nazirlər Kabinetinə getmirdim.

Baş nazirin müavini təyin olunandan sonra da eyni vəziyyətə düşmüşdüm. Səhər qalxıb Bakı şəhər İcra Hakimiyyətinə gedirdim, orda deyirdilər ki, “Hacıbala müəllim, axı siz Baş nazirin müavinisiniz, burda nə işiniz var?”.

Onda da buna güc-bəla ilə öyrəşmişdim.

– Təqaüdə çıxmağınızdan xeyli vaxt keçib. Vəzifəsiz darıxmırsız ki?

– Mən niyə darıxıram? Qoy vəzifə mənsiz darıxsın…

– İndi nə işlə məşğul olursunuz?

– Hələlik dincəlirəm. Düzü, bizdə vəzifədə olmaq özü, bir növ, dincəlməkdir. Ona görə mən hazırda elə dincəlməkdən dincəlirəm.

– Gələcək planlarınız nədir?

– Yenidən fizika ilə məşğul olmaq fikrindəyəm.

– Belə çıxır ki, elmi fəaliyyətə geri qayıdacaqsınız.

– Düz tapmısınız. Söz düşüb, sizə bir sirr açım: Nyutonun səhvini düzəltmək istəyirəm.

– (gözləri bərəlmiş halda) Nyutonun?

– Bəli… Təəccübünüzü başa düşürəm, Nyuton pis alim olmayıb, ancaq yerin cazibə qanunu barədə dediklərinin düzəlişə ehtiyacı var.

– Necə yəni?

– Düzü, əvvəl hamı kimi mən də elə bilirdim ki, Nyurton müəllim haqlıdır, cisimlər yer tərəfindən cəzb olunur. Ancaq indi belə fikirləşirəm ki, bunlar hamısı boş söhbətlərdir. Yerin cazibə gücü yoxdur, yerdəkilərin cazibə qüvvəsi var. Məsələn, Sofi Lorenin, Merlin Monronun… Sonraaa… Sonra Monika Bellucinin… Ancelina Colinin, canım sənə desin, Ketrin Zeta-Consun… Cisimləri yerə cəzb edən onlardır. Bu haqda ətraflı elmi araşdırmalar aparmaq fikrindəyəm.

– Hacıbala müəllim, siz ciddisniz?

– (gülür) Oğul, siz nə vaxtsa mənim ciddi olduğumu görmüsünüz?!

– O da doğrudur… Hacıbala müəllim, Bakıya hər dəfə yağış yağdıqdan sonra vətəndaşlar sosial şəbəkələrdə ağız-ağıza verib sizi xatırlayır, şəhərimizi Venesiyaya çevirməyinizdən bəhs edirlər.

– Bütün xalqımıza bu qədirbilənliyinə görə minnətdaram. Açığı, mənim gözəl Bakımızla bağlı planlarım çox idi. Venesiya bunlardan sadəcə biri idi. Məsələn, ən böyük arzularımdan biri o idi ki, Xəzərimizə sunami gətirim, bir balaca zəlzələ-zad olan kimi hündür dalğalar Bakımıza ağuşuna alsın, camaatımızın həyatına rəng qatsın. Belə şeylərə biz nə qədər televizorda baxmalıyıq? O əjdahalardan başqa ölkələrdə var, niyə bizdə də olmasın? Ya da istəyirdim, Bakıdakı bütün ağacların yerinə dekorativ ağaclar əkim, o ağacların başında dekorativ quşlar oxusun. Hətta Xəzərimizdəki balıqları da dekorativ balıqlarla əvəzləmək arzusundaydım. Ancaq təəssüf ki, vəzifə vəfa etmədi. Nə isə, “ömür qısa, dəyməz qıza”…

– Bu yaxınlarda məlum oldu ki, sizin kimi işsiz qaldıqdan sonra keçmiş nəqliyyat naziri Ziya Məmmədov şeir yazmağa başlayıb…

– Ziya müəllimin şeirləri ilə mən lap çoxdan tanışam. Bir dəfə hardasa təzə çəkilmiş yol çökmüşdü, bərpa işləri üçün əlavə vəsaitə ehtiyac vardı, o da bundan möhkəm təsirlənərək ürəkağrısı ilə belə yazmışdı:

Büdcədən dotasiya gözləyirəm mən,

Arılar çiçəkdən bal çəkən kimi.

Heç bir asfaltbasan yol çəkməyibdi,

Mənim bu gözlərim yol çəkən kimi.

Dinləyəndə, doluxsunmuşdum. Burada yol çəkmək şərti söhbətdir. Əslində Ziya müəllim həmin misralarda bütün məmurların kədərli daxili dünyasını, mənəvi iztirablarını özünəməxsus bədii-poetik dillə olduqca təsirli şəkildə təsvir eləmişdi. Allah heç bir məmura büdcədən ayrılan əlavə vəsaitin yolunu gözləməyi qismət eləməsin. Ağır dərddir. Yaşamayanlar bilməz.

– Hacıbala müəllim, nə vaxtsa sizin də şeirlərinizi oxuya bilərikmi?

– Qoy Nyutonu “neprav” çıxarım, ondan sonra fikrim var, Nizami Gəncəvi ilə balaca bir haqq-hesab çəkim.

– Niyə?

– O gün təsadüfən rastıma çıxdı, baxıb görürəm götürüb yazıb ki, “Bərdə nə gözəldi, necə qəşəngdi…” Mənim Nizami müəllimə böyük hörmətim var, ancaq vaxtilə mənim günbəgün gözəlləşdirdiyim Bakı haqqında niyə bu cür misrası yoxdu? “Xəmsə”ni başdan-ayağa beş-altı dəfə oxudum, heç nə tapmadım. Çox xətrimə dəydi.

– Axı Nizami Gəncəvi bunu səkkiz yüz il əvvəl yazıb…

– Oğul, heç səndən gözləməzdim. İndi mənimlə səkkiz yüz ilin söhbətini eləyirsən?!

Əvvəlki yazı

Deputat: “Qələt edərəm Ermənistana və Qarabağa gedərəm…”

Sonrakı yazı

Parlament buraxılır, apreldə seçkidir

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.