
Abşeron rayonunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.
“Reportyor.info” xəbər verir ki, uşaqların bayramını təbrik edən icra başçısı İradə Gülməmmədova bildirib ki, ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan başçının sözlərinə görə, məhz ümummilli liderin tapşırıq və tövsiyələrindən sonra uşaqlarımızın problemlərinin həlli, onların sosial təlabatlarının qarşılanması, təhsil-tərbiyə və asudə vaxtlarının səmərəli təşkili həyata keçirildi. Həmin siyasətin cənab Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini, uşaqlarımızın müdafisəi istiqamətdə çox mühüm sənədlərin imzalandığını, müxtəlif layihələrin həyata keçiridiyini vurğulayan başçı söyləyib ki, gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün hazırda dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan danışan başçı qeyd edib ki, bu diqqət və qayğının hər bir uşaq öz gündəlik həyatında hiss etməkdədir.
Daha sonra istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirilib. Sonda uşaqlara Rayon İcra Hakimiyyəti başçısının adından hədiyyələr verilib




























