10-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

20 Yanvar 2023, 13:46
Cəmiyyət
A A
Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

 

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 33-cü ildönümü dərin ehtiramla yad edilmişdir.

Reportyor.info xəbər verir ki,tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək şəhidlərimizin xatirələrini ehtiramla yad etmişlər.
Daha sonra Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda davam edən anm tədbirində Ümummilli Liderin və ölkəmizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni oxunmuşdur.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, 20 Yanvar faciəsi zamanı qəddar Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. Qeyd edilmişdir ki, bu faciəyə aparan yol hələ 1987-ci ildən başlanıb. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı bir zamanda gərginlik artan xətt üzrə inkişaf etmiş və bilərəkdən artırılmışdır. Sovet rəhbərliyi isə gərginliyin qarşısını almaq istiqamətində nəinki tədbirlər görməyə çalışmış, əksinə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmağımıza görə Azərbaycanı cəzalandırmaq yolunu tutaraq Qanlı Yanvar qırğınını törətmişdir.
RİH başçısı qeyd etmişdir ki, faciədən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi iradə nümunəsi göstərmiş, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdir. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində də çox mühüm addımlar atmışdır. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etmiş, 1998-ci ildə isə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunmuşdur. Məhz Ümummilli Liderin sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlar üzə çıxmışdır.
RİH başçısı bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Qeyd edilmidşir ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onlar həyatlarının hər bir anında bu diqqət və qayğını hiss etməkdədirlər.
Daha sonra çıxış edən “20 Yanvar Cəmiyyəti”nin Abşeron Rayon Şöbəsinin sədri Eyşan İsgəndərov, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Vətən Müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov bildirmişlər ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsi təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. Çıxış edənlər həmçinin şəhid ailələrinə və qazilər göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Əvvəlki yazı

Vasif Talıbovun oğlu Naxçıvan hadisələrindən sonra ilk dəfə göründü

Sonrakı yazı

Fikrət Məmmədov rəisi işdən çıxartdı

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.