Cümə, İyun 2, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Cəmiyyət

Abşeronda “Hiperaktiv uşaqlar üçün ART Terapiya” layihəsi həyata keçirilir

06 Oktyabr 2022, 15:28
in Cəmiyyət
Abşeronda “Hiperaktiv uşaqlar üçün ART Terapiya” layihəsi həyata keçirilir

 

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində “Fərdi layihələr” kateqoriyasında qalib olmuş Məmmədli Kənd Tam Orta Məktəbin ibtidai sinif müəllimi Abdulova Ülviyyə Tahir qızının “Suyun rəngli yuxuları” – Hiperaktiv uşaqlar üçün ART Terapiya layihəsinin icrasına start verilib.

Məmmədli Kənd Tam Orta Məktəbində baş tutan layihənin ilk təqdimatında Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı Xanım İmanova, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron qəzetinin baş redaktoru Şəhla Ağbulud, Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova, gənc rəssamlar və Məmmədli Kənd Tam Orta Məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Layihənin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsinin V və VI müsabiqələrində qalib olduğunu vurğulayan Ülviyyə Abdulova layihənin məqsədi haqqında iştirakçılara məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi incəsənət vasitələrindən istifadə etməklə şagirdlərin yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Daha sonra çıxış edənlərdən Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı Xanım İmanova, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron qəzetinin baş redaktoru Şəhla Ağbulud, Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova və digər natiqlər qeyd ediblər ki, təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir.

Bildirilib ki, Cənab Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.

Tədbirdə həmçinin dövlət siyasətində uşaqlara qayğı, uşaq hüquqlarının qorunması, təhsil alması, sağlam böyüməsi və həyata hazırlanması üçün “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın əhəmiyyəti vurğulanıb.

Sonda layihə ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

ShareSendTweetShare
Previous Post

Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək

Next Post

“Sipark” qurbanları ayağa qalxdı – Video

Related Posts

Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir
Cəmiyyət

Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir

by reportyor info
01 İyun 2023, 20:12
Nazir məşhur idmançını rəis təyin etdi
Cəmiyyət

Nazir məşhur idmançını rəis təyin etdi

by reportyor info
01 İyun 2023, 17:30
Həbsxana divarları arasında “Uşaq günü”
Cəmiyyət

Həbsxana divarları arasında “Uşaq günü”

by reportyor info
01 İyun 2023, 16:06
Ordumuzun mövqeləri atəşə tutuldu
Cəmiyyət

Ordumuzun mövqeləri atəşə tutuldu

by reportyor info
01 İyun 2023, 15:38
43 mindən artıq abituriyent qəbul imtahanı verəcək
Cəmiyyət

43 mindən artıq abituriyent qəbul imtahanı verəcək

by reportyor info
01 İyun 2023, 14:58

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

O, kosmosla salamlaşaraq velosipeddən düşdü... ABŞ prezidenti Bayden yenidən yerdədir!

O, kosmosla salamlaşaraq velosipeddən düşdü… ABŞ prezidenti Bayden yenidən yerdədir!

02 İyun 2023, 01:02
Şəbəkə Sultanları Serbiyanı da məğlub etdi

Şəbəkə Sultanları Serbiyanı da məğlub etdi

01 İyun 2023, 22:55
Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ arasında görüş başa çatıb

Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ arasında görüş başa çatıb

01 İyun 2023, 22:34
ABŞ-ın Sudana sanksiyaları - Dünya Xəbərləri

ABŞ-ın Sudana sanksiyaları – Dünya Xəbərləri

01 İyun 2023, 22:13
Stoltenberq: Müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı razılığa gəliblər

Stoltenberq: Müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı razılığa gəliblər

01 İyun 2023, 21:10
Polşadan Moldovaya 6 təyyarə dolusu silah və sursat

Polşadan Moldovaya 6 təyyarə dolusu silah və sursat

01 İyun 2023, 20:49
Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir

Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir

01 İyun 2023, 20:12
Avropa Parlamentində Macarıstan etirazı!  - Son dəqiqə xəbərləri

Avropa Parlamentində Macarıstan etirazı! – Son dəqiqə xəbərləri

01 İyun 2023, 20:07
Marseldə İqor Tudor şoku!  Rəsmi elan - Futbol

Marseldə İqor Tudor şoku! Rəsmi elan – Futbol

01 İyun 2023, 19:58
Sursat İstehsalına Dəstək Aktının Avropa Parlamentindən təsdiqi

Sursat İstehsalına Dəstək Aktının Avropa Parlamentindən təsdiqi

01 İyun 2023, 19:46
Milli taekvondoçu Nafia Kuş qızıl medal qazanıb

Milli taekvondoçu Nafia Kuş qızıl medal qazanıb

01 İyun 2023, 19:38
Zelenski və Leyen tərəfindən "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" bəyanatı

Zelenski və Leyen tərəfindən “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” bəyanatı

01 İyun 2023, 19:04
ABŞ-Yaponiya təhlükəsizlik əməkdaşlığını artırmaq qərarı

ABŞ-Yaponiya təhlükəsizlik əməkdaşlığını artırmaq qərarı

01 İyun 2023, 18:43
Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb: 2 nəfər yaralanıb

Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb: 2 nəfər yaralanıb

01 İyun 2023, 18:21
Dünya Meteorologiya Təşkilatının yeni rəhbəri Dr.  Əl Mandous oldu

Dünya Meteorologiya Təşkilatının yeni rəhbəri Dr. Əl Mandous oldu

01 İyun 2023, 18:00
Nazir məşhur idmançını rəis təyin etdi

Nazir məşhur idmançını rəis təyin etdi

01 İyun 2023, 17:30
111 il sonra ortaya çıxdı... Budur Titanikin itirilmiş xəzinələri

111 il sonra ortaya çıxdı… Budur Titanikin itirilmiş xəzinələri

01 İyun 2023, 17:18
Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər

Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər

01 İyun 2023, 16:55
Osmani: Vuçiç sülh istəyirsə, cinayətkar dəstələrə dəstəyi dayandırmalıdır

Osmani: Vuçiç sülh istəyirsə, cinayətkar dəstələrə dəstəyi dayandırmalıdır

01 İyun 2023, 16:36
Qida zəhərlənməsinin 40 faizi xəstə halda işə gedən işçilərdir

Qida zəhərlənməsinin 40 faizi xəstə halda işə gedən işçilərdir

01 İyun 2023, 16:15
Həbsxana divarları arasında “Uşaq günü”

Həbsxana divarları arasında “Uşaq günü”

01 İyun 2023, 16:06
Beyninizin forması düşüncələrinizi və davranışlarınızı təyin edə bilər.

Beyninizin forması düşüncələrinizi və davranışlarınızı təyin edə bilər.

01 İyun 2023, 15:54
Ordumuzun mövqeləri atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

01 İyun 2023, 15:38
“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

01 İyun 2023, 15:15
NATO Xarici İşlər Nazirləri Osloda görüşür

NATO Xarici İşlər Nazirləri Osloda görüşür

01 İyun 2023, 15:12
43 mindən artıq abituriyent qəbul imtahanı verəcək

43 mindən artıq abituriyent qəbul imtahanı verəcək

01 İyun 2023, 14:58
Onları eyni vaxtda idarə edən adamı həbsxanaya göndərib, birlikdə tətilə getdilər!  Dünyanın danışdığı 3 qadın...

Onları eyni vaxtda idarə edən adamı həbsxanaya göndərib, birlikdə tətilə getdilər! Dünyanın danışdığı 3 qadın…

01 İyun 2023, 14:51
Transfer rəsmi olaraq açıqlandı!  Eczacıbaşı Alexa Grey-i rənglərinə bağladı

Transfer rəsmi olaraq açıqlandı! Eczacıbaşı Alexa Grey-i rənglərinə bağladı

01 İyun 2023, 14:51
Ukrayna prezidenti Zelenski Moldovaya səfər edib

Ukrayna prezidenti Zelenski Moldovaya səfər edib

01 İyun 2023, 14:30
MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan etdi

MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan etdi

01 İyun 2023, 14:00

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
« May    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info