19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

25 İyun 2022, 14:46
Cəmiyyət
A A
Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

 

Abşeron rayonunda 26 İyun Silahlı Qüvvələr Günü qeyd olunub. Rayon ərazisində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə Korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra hərbi hissənin həyətində Türk-Azərbaycan şəhidlərinin adına salınmış Şəhidlər Bağı ziyarət olunub, vətənimizin bütövlüyü uğrunda canlarından keçən bütün igidlərimizin ruhuna dualar oxunub.
Hərbi Hissənin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Korpus komandiri, general-mayor Kənan Seyidov çıxış edərək ölkəmizdə həyata keçirilən ordu quruculuğundan, silahlı qüvvələrimizin 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, döyüş meydanında əldə edilən qələbədən danışıb. Bildirilib ki, ölkəmizdə ilk nizami hərbi hissə 1918-ci il iyunun 26-da yaradılıb. Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanıb. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.
Sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmirlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazdı. Qeyd edilib ki, cənab Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Silahlı qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji isiqamətlərindəndir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib. Bütün görülən işlərin nəticəsidir ki, bu gün silahlı qüvvələrimiz Qafqazın ən müasir ordusu hesab olunur.
Azərbaycanın 44 günlük Vətən Müharibəsində zəfər qazandığını vurğulayan başçı ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib.
Daha sonra Şəhid Şamil Nəcəfovun anası Gülşən Qazarxanova, şəhid Vüsal Musayevin anası Vüsalə Musayeva, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Veysəl Musibovun anası Səməngül Musibova çıxış edərək hərbi qulluqçuları təbrik edib, ölkəmizin düşmən üzərində qələbə qazanmasında Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli qərarlarından, ordumuzun uğurlu əməliyyatlarından, əsgərlərimizin xidmətlərindən danışıblar. Çıxışçılar respublikamızda şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra şəhid ailələri tərəfindən Vətən Müharibəsinin 4 iştirakçısına cənab Prezidentin müvafiq sərəncamları ilə təltif olunan medallar təqdim olunub. Eyni zamanda, RİH tərəfindən fəaliyyətində fərqlənən bir qrup hərbçiyə Fəxri Fərmanlar və hədiyyələr verilib.
Bundan sonra tanınmış incəsənət nümayəndələrin iştirakı ilə konsert proqramı baş tutub.
Konsertdən sonra şəhid ailələri əsgərlərlə birgə əsgər yeməyinin dadına baxıb, onlarla xatirə şəkili çəkdiriblər.

***
Abşeron rayonunda 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan xalqının zəfər qazandığı Vətən Müharibəsinin abşeronlu şəhid övladlarına musiqili-əyləncəli tədbir proqramı təşkil edilb. Abşeron Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına mədəniyət və istirahət Parkının təşkilatçalığı ilə ümummilli liderin adını daşıyan parkda baş tutan tədbirdə RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Parkın müdiri Aksana Həsənova, 50-yə yaxın şəhid övladı və ailəsi iştirak edib. Abşeron Mədəniyət Mərkəzinin kollektivinin hazırladığı rəngarəng bayram proqramı təqdim edilib.
Daha sonra bütün şəhid övladlarına hədiyyələr təqdim olunub.
Sonda şəhid övladları dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını verən şarları havaya uçurublar.
Tədbirdən sonra parkın ərazisində yerləşən əyləncə mərkəzində şəhid övladlarının istirahəti təşkil edilib.

Əvvəlki yazı

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

Sonrakı yazı

Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.