
Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə daxili imkanları hesabına Masazır kəndinin küçələri asfaltlanır.
Reportyor.info-ya verilən xəbərə görə, qəsəbənin Əliağa Vahid, Atatürk və Heydər Əliyev prospektlərində, eləcə də Aşıq Ələsgər və Nəsimi küçələrində yollar abadlaşdırılır, asfalt örtüyü çəkilir. Bir neçə küçədə isə “Azərsu” ASC tərəfindən su və kanalizasiya xətləri çəkilir.
