12-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir

26 Fevral 2023, 09:25
Cəmiyyət
A A
Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü yad edilmişdir

 

Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümü dərin ehtiramla yad edilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və Abşeronda məskunlaşan xocalılar iştirak etmişdir. İştirakçılar əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək şəhidlərimizin və Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirələrini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində “Xocalı–soyqırım həqiqətləri” mövzusunda davam edən anım tədbirində ilk öncə Xocalı soyqırımına həsr olunmuş videoçarx və rayon məktəblilərinin rəsmləri nümayiş etdirilmişdir.
Daha sonar tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, Xocalı soyqırımı erməni qəsbkarlarının xalqımızın başına gətirdiyi növbəti faciələrindən biridir. Erməni qəsbkarları, özlərinin də etiraf etdiyi kimi, azərbaycanlıların gözünü qorxutmaq, xalqımızda döyüş əzmini qırmaq və ermənilərə guya heç bir zaman qalib gələ bilməyəcəyimiz haqda cəfəng düşüncənin yaradılması, etnik təmizləmə aparılması məqsədi ilə soyqırım törətdilər. Bu qırğın nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Bütün bunlar göstərir ki, onların birbaşa məqsədi soyqırım törətmək olub və buna da nail olmuşlar.
RİH başçısı bildirmişdir ki, Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi. Ulu Öndərin Sərəncamı ilə “26 fevral – Xocalı faciəsi günü” elan edilmiş, “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verilmiş, günahkarlar göstərilmişdir. İndi isə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Ümummilli Liderin siyasi irsini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırımı hadisəsinin bütün dünyada tanınması və ədalətli siyasi-hüquqi qiymətinin verilməsi istiqamətində geniş siyasi-ideoloji işlər görülür.
Azərbaycan Respubkilasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Xocalı faciəsinin tanıdılması istiqamətində böyük işlər görülmüşdür. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, faciənin ildönümlərində dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində geniş təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Bunun nəticəsi olaraq, 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 51 ölkənin parlament heyətləri başçılarının iştirakı ilə keçirilən VI sessiyasında qətnamə qəbul edilib. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilib. Görülən tədbirlərin nəticəsidir ki, Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan dövlətlərin sayı ildən-ilə artmaqdadır.
RİH başçısı Abdin Fərzəliyev əlavə etmişdir ki, Abşeron rayonunda Xocalıdan 343 ailə yaşamaqdadır. Onlardan 22-si Xocalı soyqırımı qurbanı ailələridir. Rayonumuz ərazisində ümumilikdə 385 şəhid ailəsi məskunlaşıb. Onlardan 142-si Vətən müharibəsi şəhidinin ailələridir. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələri və qazilərimiz daima diqqətdə saxlanılır, onlarla mütəmadi görüşülərək qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlər görülür.
Xocalı soyqırımı qurbanlarının, eləcə də bütün şəhidlərimizin qisasının döyüş meydanında layiqincə alındığını vurğulayan RİH başçısı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürmüşdür. Güclü siyasi iradə, qüdrətli ordu, xalq-lider birliyi, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi qələbəni təmin etmişdir.
Daha sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyi”nin Abşeron rayon şöbəsinin sədri Süleyman Cəfərov, qazilər Vasif Allahverdiyev, Vidadi Əliyev və Xocalı soyqırımı ailəsinin üzvü Vidadi Hüseynov çıxış edərək Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən, soydaşlarımıza qarşı törədilən qətliamdan və şanlı Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən danışmışlar.

Əvvəlki yazı

Nazir Kirişçi: Zəlzələ ölkəsi olduğumuzu qəbul edib, ona uyğun həll yolları istehsal etməliyik

Sonrakı yazı

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.