24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron rayonunda “Vandalizm” sənədli filminin təqdimatı keçirildi

30 Aprel 2022, 12:01
Cəmiyyət
A A
Abşeron rayonunda “Vandalizm” sənədli filminin təqdimatı keçirildi

Xırdalan şəhər Musiqi məktəbində “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihədə məqsəd ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarını və bunların nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır. Bununla əlaqədar layihə çərçivəsində hazırlanmış “Vandalizm” adlı sənədli film rus və ingilis dillərinə də tərcümə edilib. Bu versiyalar Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara, həmçinin ölkəmizdə işləyən, yaxud Azərbaycana turist kimi səfər edən əcnəbilərə paylanacaq. Bundan əlavə, “Vandalizm” filminin əcnəbi dillərə tərcümə edilmiş versiyaları xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının köməyi ilə həmin ölkələrin cəmiyyətlərində yayılacaq. Vurğulamaq lazımdır ki, “Vandalizm” sənədli filmi sosial şəbəkələrdə də geniş təbliğ olunur.
Azərbaycanın dövlət himninin səsləndirilməsi, daha sonra isə şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan və Abşeron Rayonu İcra Hakimiyətinin əşkilatçılığı ilə baş tutan təqdimat mərasimində tələbələr iştirak edib. Şagird və müəllim kollektivinə təqdim olunan sənədli filmdə ermənilərin vandalizm siyasətinin mahiyyəti ifşa edilir. Qeyd olunur ki, bu siyasət dərin köklərə malikdir və tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı soyqırımlar törətməkdə, azərbaycanlılara məxsus tarixi abidələri dağıtmaqda, dini mənsubiyyətindən asılı olmayaraq məscid, məbəd və s. qədim müqəddəs məkanları tanınmaz hala salmaqda, bunları yerlə-yeksan etməkdə özünü büruzə verib. Dünya erməni vandalizminin nəticəsini görməli, bunu bilməlidir. Bizim məqsədimiz məhz budur. Beynəlxalq aləm cinayətkar barəsində mütləq ölçü götürməlidir.
Sənədli filmə baxışdan sonra onun ətrafında geniş müzakirələr aparıldı. Layihənin rəhbəri Büllur Məmmədova, Abşeron Rayonu İcra Hakimiyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Bəşirov və İctimai birliyin sədr müavini Fəridə Şahbazova erməni vandalizminin tarixi kökləri, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında tarixi-dini abidələrimizə qarşı törədilmiş vəhşi əməllərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi və bu əməllərin bütün hüquqi və mənəvi normalara tam zidd olması barədə danışıblar, həmçinin erməni cinayətlərini beynəlxalq aləmə çatdırmaq məqsədi ilə bundan sonra da layihələrin işlənməsinin zəruriliyi barədə fikir və təkliflərini səsləndiriblər.
Qeyd etmək lazımdır ki, “Vandalizm” sənədli filmi “Aktual Media Group” mərkəzində hazırlanmışdır.

Əvvəlki yazı

Laçında minaya düşən fəhlə vəfat edib

Sonrakı yazı

İlham Əliyev XTQ-nin hərbi hissəsində olub

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.