31-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞERON RAYONUNDA ŞƏHİD AİLƏLƏRİNİN XANIM ÜZVLƏRİ 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİLMİŞDİR

07 Mart 2023, 18:48
Cəmiyyət
A A
ABŞERON RAYONUNDA ŞƏHİD AİLƏLƏRİNİN XANIM ÜZVLƏRİ 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİLMİŞDİR

 

Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qiz övladları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH-nin başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül çiçəkləri düzmüş, xatirəsini dərin ehtiramla yad etmişlər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, ölkəmizin ictimai həyatına və fəaliyyətinə verdikləri töhfələrdən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və abşeronlu xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.
Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakının təmin edilməsi məqsədi ilə dövlət səviyyəsində mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı bildirmişdir ki, gənclərimizin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində qadınlarımızın böyük əməyi vardır. O qeyd edib ki, bu misilsiz tərbiyənin nəticəsində ölkəmizin qəhrəman oğulları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sıx birləşərək Vətən Müharibəsində düşmənə ağır zərbə vurmuş və xalqımız şanlı Zəfər qazanmışdır. Qarabağımızı işğaldan azad edən belə qəhrəman övladlar böyütdüklərinə görə bütün xalqımızın onlara sonsuz minnətdar olduğunu vurğulayan Abdin Fərzəliyev şəhidlərimizin heç zaman unudulmayacağını, onların tariximizdə əbədi yaşayacağını bildirmişdir.
Sonra Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli çıxış edərək Azərbaycan qadınlarını təbrik etmiş, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışmışlar. Vətən Müharibəsi qaziləri Vasif Allahverdiyev və Vidadi Əliyev də xanımları təbrik etmiş, birgə döyüş yolu keçmiş şəhidlərin xatirələrini hər zaman əziz tutduqlarını qeyd etmişlər.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində uğur qazanmış xanımlar Fəxri Fərman ilə mükafatlandırılmışlar.
Sonda Vətən Müharibəsi qaziləri tərəfindən şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, abşeronlu şəhidlərin qız övladları üçün Heydər Əliyev Mərkəzində şənlik təşkil olunmuş, hədiyyələr təqdim edilərək bayramları təbrik edilmişdir

Əvvəlki yazı

Şri-Lanka BVF paketini təsdiqləyəcək

Sonrakı yazı

Ramiz Rzayevin yerinə kim gəlir? – İDDİA

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.