19-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir

22 İyun 2024, 16:00
Cəmiyyət
A A
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir

 

Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib. Görüşdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov iştirak edib. Tədbirdə RİH başçısı A.Fərzəliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi və həyata keçirdiyi mükəmməl siyasəti ilə şanlı zəfər qazandığımız Vətən Müharibəsindən sonra azad olunan torpaqlarda genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işləri həyata keçirilir. Soydaşlarımızın Qarabağa qayıtması ilə yurd yerlərimizdə həyatın yenidən canlandığını vurğulayan Abdin Fərzəliyev cənab Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın bundan sonra da böyük uğurlar qazanacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Şəhid ailələri həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etməkdədir.
Abşeron rayonunda da bu diqqətin bundan sonra da həyata keçiriləcəyini vurğulayan Abdin Fərzəliyev şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb. Onların qaldırdıqları məsələlər yerindəcə həll olunub.
Şəhid ailələri və müharibə iştirakçıları da onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

*

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan igidlərimizin, o cümlədən onların xalqımıza əmanət qalan övladlarının doğum günləri qeyd edilib. Belə ki, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan Müsayev Vüsal Zakir oğlunun 28-ci, “Kəlbəcərin azadlığı uğrunda”, “Vətən uğrunda” medalları, “Hərbi xidmətlərə görə III dərəcəli” və “Rəşadət” ordenləri ilə təltif edilən Həsənov Elşad Paşa oğlu 43-cü, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun 31-ci, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə“, “Cəsur döyüşçü” medalları və 3 cü dərəcə “Rəşadət” ordeni ilə təltif olunan Ələkbərov Röyal Fərmayıl oğlunun 30-cu doğum günləri qeyd edilib. Eyni zamanda şəhid Rəhim Hüseynovun və şəhid Elsəvər Paşayevin bizə əmanət qalan övladıraının doğum günləri münasibəti ilə təbrik ediliblər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayon ictimaiyyəti şəhidlərimizin doğum günlərində onların ailə üzvləri ilə birgə məzarı ziyarət edilib, xiyabanlarda dəfn olunan qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Şəhidlərimizin keçdiyi döyüş yollarından və göstərdikləri şücaətlərdən danışılıb, onlarla bağlı xatirələr bölüşülüb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidlərimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. RİH başçısı bildirib ki, ölkəmizdə şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına böyük diqqət və qayğı var və bundan sonra da daimi olaraq göstəriləcək.
Şəhidlərimizin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

*

Abşeron rayonu, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Ruslan İsmayılovun oğlu Ramiz İsmayılovu 11-ci sinifi bitirməsi münasibəti ilə, o cümlədən məzunları və pedaqoji kollektivi “Son zəng” münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişaf əldə olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Abşeron rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb.
Sonra məzunlar və məktəblilər tərəfindən hazırlanan bədii kompozisiyalar təqdim olunub.

Əvvəlki yazı

İki erməni meyitinin qalıqları təhvil verilib

Sonrakı yazı

Dağıstan terrorunda ölənlərin sayı 20-yə çatıb

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55
BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

18 Avqust 2025, 10:54
Şahdağ Milli Parkı geyim alır

Şahdağ Milli Parkı geyim alır

18 Avqust 2025, 10:53
Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.