22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun təhsil işçiləri ilə görüşmüşdür

04 Fevral 2022, 14:37
Cəmiyyət
A A
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun təhsil işçiləri ilə görüşmüşdür

Abşeron Rayon İcra Hakimiyyətində Abşeron rayonunun təhsil ictimaiyyəti ilə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Çıxışında Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, onun beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli iş görüldüyünü, bu istiqamətdə həyata keçirilən hər bir islahatın ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını qeyd edən Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq hər il təhsil ocaqlarının tikilməsinin, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsinin, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinin, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmasının təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, təhsil sahəsində görülən irimiqyaslı işlər, aparılan islahatlar təhsilimizin uğurlu gələcəyinə inamı artırır. Abdin Fərzəliyev çıxışında ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksək nailiyyətlərin əldə edildiyini, böyük uğurlara imza atıldığını, təkcə 2021-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə minlərlə təhsil müəssisəsinin, körpələr evi və uşaq bağçalarının tikildiyini və ya əsaslı təmir edildiyini nəzərə çatdırmışdır.
Abdin Fərzəliyevin çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində 760 təhsil işçisinın döyüşlərdə qəhrəmanlıqla vuruşduğu qeyd edilmiş, onlardan 20 nəfərin şəhidlik məqamına yüksəldiyi vurğulanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Abşeron rayonundan 10 nəfər təhsil işçisinin Vətən müharibəsində döyüşlərdə iştirak etdiyini, onlardan Masazır qəsəbəsindəki 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Qoşqar Ömərovun şəhidlik zirvəsinə ucaldığını xüsusi olaraq qeyd etmişdir. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin perspektivdə birgə görəcəyi işlər barədə də məlumat verilmişdir.
Çıxışı zamanı Abdin Fərzəliyev Abşeron rayonunda yerləşən 43 ümumi təhsil müəssisəsi, 31 körpələr evi və uşaq bağçasının cari problemləri barədə məlumat vermiş, o cümlədən, görüşdə iştirak edən müəssisə rəhbərlərinin qeyd edilən problemlərin həlli istiqamətində təkliflərini dinləmişdir. Belə ki, O 2021-2022-ci tədris ili üzrə 2000 nəfər şagird tutumu olan Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə 6092 nəfər şagirdin, 1380 nəfər şagird tutumu olan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 6177 nəfər şagirdin, 960 nəfər şagird tutumu olan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə 3279 nəfər şagirdin, 640 nəfər şagird tutumu olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə 2024 nəfər şagirdin təhsil aldığını, o cümlədən, qeyd edilən ümumi təhsil müəssisəsinin əsaslı təmirə və yeni korpusunun tikintisinə, qəzalı vəziyyətdə olan Novxanı kənd 7 nömrəli körpələr evi və uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğunu qeyd etmişdir. Çıxışında Abdin Fərzəliyev ümumi təhsil müəssisələri və körpələr evi və uşaq bağçalarındakı mövcud problemlərin həlli istiqamətində işlərin aparılacağını, şagird sıxlığının aradan qaldırılması üçün müvafiq addımların atılacağını Abşeron rayonunun təhsil ictimaiyyətinin nəzərinə çatdırmışdır.
Görüşdə 2 fevral – Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu çıxışı, ölkə rəhbərinin çıxışında təhsilə, təhsilinin inkişafına böyük önəm verilməsi görüş iştirakçılarının nəzərinə çatdırılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təhsil işçilərinə bir daha müraciət edərək, müəllimlik peşəsinin şərəfli peşə olduğunu, gələcəyin layiqli vətəndaşlarının yetişdirilməsinin müəllimlərdən və onların yüksək peşəkarlığından asılı olduğunu vurğulamışdır.
Daha sonra Abşeron Rayon Təhsil Şöbəsinin (Abşeron-Xızı Regional Təhsil İdarəsi) müdiri səlahiyyətlərini icra edən Pərviz Əhmədov çıxış edərək Abşeron rayonunda fəaliyyət göstərən təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin vəziyyəti barədə məlumat vermişdir.
Görüşdə əsaslı təmirə ehtiyacı olan bir sıra ümumtəhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının rəhbərlərinin çıxışları dinlənilmişdir.
Sonda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun təhsil işçilərinə şərəfli və məsul fəaliyyətlərində yeni-yeni uğurlar arzulayaraq, müəllimlər ordusunun gələcəyin layiqli vətəndaşlarının yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklərinə əminliyini bildirmişdir.

Əvvəlki yazı

Ramiz Mehdiyevin səhhəti ilə bağlı rəsmi açıqlama

Sonrakı yazı

“İkinci baharımı yaşayıram” – Tünzalə Ağayeva

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.