ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus bildirib.
Onun sözlərinə görə, ABŞ-ın sözügedən təşkilata daimi üzvlüyü ölkənin maraqları ilə üst-üstə düşmür.
“UNESCO partiya qərəzi ilə mədəni və sosial məqsədləri təbliğ edir, o cümlədən bu təşkilat BMT-nin bizim “ilk növbədə Amerika” siyasətimizə zidd olan beynəlxalq inkişaf proqramını hədsiz dərəcədə dəstəkləyir”, – Tammi Brus qeyd edib.