28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ “F-35” DÜYÜNÜ:Vaşinqton Ankaradan asılı durumdaymış – TƏHLİL

07 Aprel 2019, 17:42
Manşet
A A
ABŞ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ “F-35” DÜYÜNÜ:Vaşinqton Ankaradan asılı durumdaymış – TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 04 aprel 2019-cu il

 

Türkiyə ilə ABŞ arasındakı problemlərlə bağlı müxtəlif agentliklərin verdiyi xəbərlərin əksəriyyəti amerikan qaynaqlarının nəzarətində olur. Bu üzdən xəbərlər arasında obyektiv və tərəfsiz olanları xeyli azdır. Dünya mediasında, xüsusilə ABŞ qaynaqlı mediada gedən xəbərlərə çox da tənqidi yanaşmadan istifadə adəti olduğundan, gəlinən nəticə həqiqət deyil, yalnış ola bilər.

 

ABŞ-ın şantaj məqsədilə istifadə etdiyi F-35 proqramının həqiqi durumu

 

ABŞ-la Türkiyə arasındakı S-400 böhranı və amerikan tərəfinin bununla əlaqədar çıxardığı F-35 böhranıməsələsində də məhz belə olur.

Bu məsələ ilə bağlı rəsmi ifadə edilən mövqe belədir: “Əgər Türkiyə Rusiyadan S-400 raket sistemi alıb öz torpaqlarında yerləşdirərsə, ABŞ qəti olaraq F-35-ləri verməyəcək və Türkiyəni onların istehsal prosesindən də çıxaracaq”.

Hər bir görüşdə, ABŞ qaynaqlı hər bir xəbərdə təkrar edilən baxış budur. Həqiqətən, Vaşinqtondakı bəzi qurumlar bu baxış yönündə bəzi addımlar atmağa da başlayıblar.

F-35-lərlə bağlı Türkiyəyə edilən təchizatın və türk pilotlarına burada verilən təlimin durdurulması haqqında açıqlamalar verilir. Ancaq bəyan edilən bu addımların həqiqətən icra olunub-olunmaması qəti aydın deyil. Doğrusu, əks açıqlamalar da gəlir, nəticədə “Görüşlər davam edir” də deyilir.

Buradakı hərbi qaynaqlarımla və hakimiyyətə yaxın mütəxəssislərlə görüşdüm. İndi bu məsələ ilə əlaqədar əldə etdiyim həqiqətləri sizə çatdırmaq istəyirəm.

 

Həqiqətlər nələrdir?

 

Öncə qeyd edək ki, Türkiyə F-35 proqramında sadəcə təyyarələri satın alan bir ölkə deyil, bu təyyarələrin istehsal prosesində həyati mövqedə olan bir ölkədir.

Hətta F-35-lərin önəmli təmir işlərinin görüldüyü yer də Türkiyə olacaq.

Türkiyə yerinə başqa bir ölkə həmən tapıla bilməzsə, ABŞ-ın çox önəm verdiyi F-35-lərin yerdə belə yol alması mümkün deyil.

F-35 proqramının həyata keçirilməsi təxmin edildiyi kimi getmir. Sual verdiyim bir hərbi qaynaq bu proqramın mövcud durumunu “bərbad” (it is really a mess) olaraq qiymətləndirib.

Vaşinqtonda Hökumət Hesabatlılıq Ofisi (Government Accountability Office ) adlı bir dövlət qurumu da var. Bu qurumun hesabatlarına görə, hazırda F-35-lərdə həmən düzəldilməli olan 966 xəta mövcuddur.

Onu da qeyd edək ki, F-35 proqramı hazırda təyyarələrin “Əməliyyat sınaq dövrü”ndədir (operational testing period). Əməliyyat sınaqları sentyabr ayının sonunadək bitirilməli idi. Ancaq Pentaqonun “Əməliyyat testi və qiymətləndirilməsi” (“Operational Test and Evaluation”) qurumuna (direktoru Robert Behlerdir) yaxın qaynaqlarla söhbət edərkən, onlar sınaq dövrünün müəyyən edilmiş zaman içində tamamlanmasının, demək olar ki, imkansız olduğunu söyləyirlər.

 

Proqram xərcləri çox böyükdür

 

Edilən təsbitlərə görə, proqramın müəyyən edilmiş xərc səviyyəsi – 150 milyard dollar artıq aşılıb və əlavə xərclər hər gün artır.

Bunlar sadəcə texniki problemlər deyil, eyni zamanda ABŞ baxımından bir milli təhlükəsizlik məsələsidir. Çünki ABŞ qarşıdan gələn 12 il içində hər il, biri 80 milyon dollar olmaqla, 100 ədəd F-35 almağı planlaşdırırdı. İstehsal prosesindəki çatışmazlıqlar ortadan qaldırılmazsa, hazırda bu tələbin qarşılanması belə şübhə altındadır.

 

Türkiyənin də kozırları vardır

 

Bəli, ABŞ-ın Türkiyənin Rusiyadan almaq istədiyi S-400 raketlərinə qarşı şantaj olaraq istifadə etməyə çalışdığı F-35 proqramındakı həqiqi mövcud durum belədir.

Dediyim kimi, təyyarələrin istehsal prosesində Türkiyə həyati rol oynayır. ABŞ-ın təhdid etdiyi kimi, Türkiyə bu proqramdan kənarlaşdırılarsa, doğrusu, sarsılmaqda olan nəhəng layihənin tamamilə çökməsi ehtimalı belə var.

Ona görə ABŞ tərəfi məsələ ilə bağlı hələ də Türkiyə ilə danışmaq və bir uzlaşma yolu tapmaq istəyir. ABŞ Müdafiə nazirinin son açıqlaması da bu yöndədir.

Bunları bilək ki, məsələ ilə bağlı mövqe müəyyən edərkən daha məlumatlı və dəqiq ola bilək.

Tərcümə Strateq.az-ındır

 

Əvvəlki yazı

Elmar Məmmədyarov:“Mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq”

Sonrakı yazı

Bu gün Bakıda konsert və möhtəşəm atəşfəşanlıq təşkil olunacaq- 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.