ABŞ Səudiyyə Ərəbistanının 17 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Onlar səudiyyəli jurnalist Camal Xaşuqci cinayəti ilə bağlı “qara siyahı”ya düşüblər.
Beləliklə, “Maqnitski Aktı” deyilən qanun çərçivəsində tətbiq olunan sanksiyalar siyahısında Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Otaybi, vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtani və onun köməkçisinin də adları var/Report.