15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ Rusiyanın kəşfiyyat agentlərinə sanksiyalar elan edir –Siyahıda məşhur oliqarx Deripaska da var

20 Dekabr 2018, 10:32
Siyasət
A A
ABŞ Rusiyanın kəşfiyyat agentlərinə sanksiyalar elan edir –Siyahıda məşhur oliqarx Deripaska da var

Birləşmiş Ştatlar onadək keçmiş və indiki Rusiya hərbi kəşfiyyat agentinin üzərinə yeni sanksiyalar elan edib. Onlardan ikisi bu ilin əvvəllərində İngiltərədə keçmiş Rusiya casusunun zəhərlənməsinə, daha biri isə Kremlə yaxın oliqarx Oleq Deripaskaya bağlı agentlərdir.

Dekabrın 19-da ABŞ Maliyyə Nazirliyi habelə bildirib ki, metallurgiya nəhəngi “Rusal” və onun daxil olduğu EN+ şirkətlər qrupu da daxil Deripaskaya bağlı üç şirkətin üzərindəki sanksiyaları qaldırır. Bu, Moskva və Vaşinqton arasında razılaşmaya uyğun olaraq Deripaska sözü gedən şirkətlərdəki payını tamamilə satdıqdan sonra baş verib.

Deripaska üzərinə bu ilin əvvəllərində sanksiya qoyulması qlobal alüminium bazarlarını lərzəyə gətirmişdi. Yalnız bundan sonra ABŞ qlobal təchizatı əngəlləməmək naminə bu sanksiyalara yenidən baxmaq qərarına gəlmişdi.

Prezident Vladimir Putinin yaxın çevrəsinə daxil Deripaskanın adı bu ilin əvvəllərində Vaşinqton tərəfindən dünya boyunca “ziyanlı fəaliyyətdə” günahlandırılan maqnatların qara siyashısına daxil edilmişdi.

ABŞ Maliyyə Nazirliyinin bəynatında deyilir ki, GRU kimi tanınan Rusiya hərbi kəşfiyyatının 15 üzvünə qarşı sanksiyalar Rusiyanın beynəlxalq normalara davam edən etinasızlığına görə irəli sürülür.

Bu siyahıdakıların əksəriyyətinə bundan əvvəl ABŞ-da cinayət işləri qaldırılmış və sanksiyalar elan edilmişdi.

ABŞ-ın maliyyə naziri Steven Mnuçin deyib ki, Birləşmiş Ştatlar Rusiyanın və onun əlaltılarının ziyanlı fəaliyyətinə qarşı, özünün beynəlxalq müttəfiqləri və partnyorları ilə birlikdə kollektiv hərəkətlərin həyata keçirilməsi üzərində işləyəcək.

Siyahıya salınmış şəxslərdən 4-ü Haaqada yerləşən Kimyəvi Silahların Qadağanı təşlikilatının, habelə Kanadadakı Antidopinq Agentliyinin kompüterlərinə haker müdaxiləsinə görə artıq ötən oktyabr ayında sanksiyalanmışdı.

Kimyəvi Silahların Qadağanı Təşkilatı keçmiş casus Skripal və onun qızının zəhərlənməsi ilə bağlı insidenti araşdırırdı. Antidopinq agentliyi isə 2014-cü il Soçi Olimpiadası zamanı Rusiya dövləti tərəfindən həyata keçirilən dopinq proqramını təhqiq edirdi.

Siyahıdakı yeddi nəfərə qarşı bundan əvvəl xüsusi prokuror Robert Mueller tərəfindən rəsmi ittihamlar irəli sürülüb. Onlar 2016-cı il ABŞ seçkisinə müdaxilədə iştirak etməkdə ittiham olunurlar.

Bu siyahıdakı daha iki nəfər – Aleksandr Petrov və Ruslan Boşirov kimi təqdim edilən agentlərdir. Britaniya bu iki nəfəri Skripalları zəhərləməkdə günahlandırır. Onların istifadə etdikləri zəhərlə təmasda olmuş daha iki Britaniya vətəndaşından biri – Daun Sturgess vəfat edib.

Bu zəhərlənmə aktı ilə bağlı onlarca Avropa İttifaqı üzvü, habelə ABŞ və Kanada Britaniya ilə həmrəylik nümunəsi kimi yüzədək Rusiya diplomatını ölkələrindən xaric etmişdi.

ABŞ-ın yeni sanksiyaları habelə Viktor Boyarkin kimi təqdim olunan keçmiş Rusiya hərbi əks-kəşfiyyat zabitinə şamil edilib. Sanksiyalarla bağlı bəyanatda deyilir ki, bu zabit birbaşa Deripaskanın komandası altında olub və Deripaska ilə birlikdə Monteneqrodakı 2016-cı il seçkisinin ərəfəsində ordakı siyasi partiyalardanbirinin maliyyələşdirilməsində iştirak edib. Bəyanatda həmin siyasi partiyanın adı çəkilmir.

Monteneqro rəsmiləri Rusiyanı 2016-cı ilin oktyabrında keçirilən seçkinin kampaniyasına müdaxilədə ittiham edirdilər. Bu seçki Monteneqronun NATO-ya daxil olması ərəfəsində keçirilirdi və Rusiyanın da müdaxiləsi bununla bağlı idi. Prokurorlar bildirirdilər ki, Rusiya Monteneqroda parlament binasının zəbt olunmasıvə ovaxtkı baş nazir Milo Djukanoviçə sui-qəsdlə həyata keçirilməli olan dövlət çevrilişi cəhdinin arxasında olub. İddialara görə Moskva Monteneqronun şimal alyansına daxil olmasına maneçilik törədəcək siyasi partiyanın hakimiyyətə gəlməsinə çalışırdı.

Dekabrın 19-da sanksiyalanmış şirkətlərin arasında “Project Lakhta” adlanan bir vahid adı da var. Bu təşkilat 2016-cı il ABŞ seçkisinə müdaxilədə iştirak etməkdə ittiham edilir.

(Azadlıq radiosu)

Əvvəlki yazı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində böyük məbləğlərin toplandığı “kiçik əllərin” sahibləri kimdir?

Sonrakı yazı

“Ötən gün 106 cinayət faktı qeydə alınıb, onların 12-si “isti izlər”lə açılıb” –DİN açıqlama yaydı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.