08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ-la Rusiya arasında casus qalmaqalı –Moskvada həbs edilən şəxs Amerika kəşfiyyatına işləyib?

03 Yanvar 2019, 00:23
Dünya
A A
ABŞ-la Rusiya arasında casus qalmaqalı –Moskvada həbs edilən şəxs Amerika kəşfiyyatına işləyib?

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluq şübhəsi ilə saxlanmış ABŞ vətəndaşının ailəsi bildirir ki, o günahsızdır və Moskvaya toyda iştirak etmək üçün getmişdi.

Ailəsinin yanvarlın 1-də verdiyi məlumata görə ordudan tərxis edilmiş Paul Vhelanla son dəfə dekabrın 28-də əlaqədə olublar. Ailənin verdiy bəyanatda deyilir ki, o səfərdə olanda da bu qədər müddətdə evlə əlaqəsiz olmurdu:

“Biz onun təhlükəsizliyindən və vəziyyətindən dərindən narahatıq. Onun günahsızlığı şübhəsizdir və biz inanırıq ki, onun hüquqlarına hörmət ediləcəkdir”.

Rusiya mediası yazır ki, təqsiri sübut olunarsa Vhelanı 10 ildən 20 ilədək həbsxana cəzası gözləyə bilər.

David Vhelan “Azadlıq” radiosuna deyib ki, onun qardaşı texniki ehtiyat hissələrinin təchizatı ilə məşğul BorgWarner şirkəti ilə “mühafizəçi müqaviləsinə” malikdir.

Rusiyanın dövlət “Rostec” konqlomeratı 2013-cü ildə bildirirdi ki, onun “Kamaz” avtomobil zavodunun “Borg Warner Turbo Systems” kimi tanınan “BorgWarner” şirkəti ilə uzun illər əməkdaşlığı olub.

“Borg Warner” firmasından Paul Vhelanın bu şirkətlə əlaqəsi və həbsinə dair hələlik şərh almaq mümkün olmayıb.

Vhelanın saxlanmasından bir gün əvvəl prezident Vladimir Putin ABŞ prezidenti Donald Trampa Yeni il təbrikində yazırdı ki, Moskva Vaşinqtonla dialoqa hazır olaraq qalır.

ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ vətəndaşının Rusiya hakimiyyət orqanları tərəfindən saxlanmasından xəbərdardır və bu barədə Rusiya Xarici İşlər Nazirliyindən rəsmi bildiriş alıb. Dövlət Departamentinin bu barədə məlumatında deyilir:

“Rusiyanın Vyana Konvensiyası üzrə öhdəlikləri saxlanan şəxsə konsulla təmas verilməsini tələb edir. Biz belə bir təması istəmişik və Rusiya hakimiyyət orqanlarının cavabını gözləyirik”.

Rusiya ilə ABŞ arasında münasibətlər Suriya müharibəasi və Ukraynada münaqişə də daxil bir sıra beynəlxalq məsələlərə görə gərgin olaraq qalır.

Ötən noyabrın sonlarında Tramp Ukrayna gəmilərinin və 24 Ukrayna dənizçisinin Moskva tərəfindən həbsinə etiraz olaraq Putinlə planlaşdırılan görüşünü qəfildən ləğv edib. İki prezident Argentinada keçirilən G20 sammitinin kuluarlarında görüşməli idi.

Vhelanıın saxlanmasından bir neçə həftə əvvəl Rusiya vətəndaşı olan qadın ABŞ məhkəməsi qarşısında Kreml üçün casusluq etdiyini boynuna almışdı.

Maria Butinanın ABŞ Milli Atıcılıq Assosiasiyası və Respublikaçı Partiya ilə əlaqəsi olan nüfuzlu rəsmilərin arasında lobbiçilik fəaliyyəti ilə məşğul olduğuna görə mühakimə edildiyi iddia olunur.

Kreml Butinanın Rusiya agenti olduğuna dair iddiaları rədd edir. Moskva onun azad olunması üçün sosial media kampaniyası aparır. Keçmişdə Rusiyanın məhbus dəyiş-düyüşü etmək məqsədilə əcnəbiləri həbs etdiyi hallar olub.

Putin dekabrın 20-də özünün illik mətbuat konfransında demişdi ki, Rusiya kimisə yalnız sonradan dəyişmək məqsədilə həbs etmir.

(Azadlıq radiosu)

Əvvəlki yazı

OYADILAN TARİXİ RUHLAR YAXIN ŞƏRQƏ BƏLA GƏTİRİR?- Türkiyədə Zeynal bəyin məzarı niyə köçürülür – ARAŞDIRMA

Sonrakı yazı

“Baku Steel Company”dən soruşduq ki, sizə hansı qiymət sərf edir” – Gömrüyün sədri

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.