05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ kəşfiyyatından 2019-cu il üçün DƏHŞƏTLİ PROQNOZ: Sərhədlərimizdə müharibə və…

12 Dekabr 2018, 01:38
Manşet
A A
ABŞ kəşfiyyatından 2019-cu il üçün DƏHŞƏTLİ PROQNOZ: Sərhədlərimizdə müharibə və…

ABŞ-ın “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın ikinci hissəsini dərc edib.

Reportyor.info publika.az-a istinadən xəbər verir ki, bu hissədə Yaxın Şərq və Şimali Afrika ilə bağlı proqnozlar yer alıb.

Qeyd edilir ki, 2019-cu ildə bu regionlarda əsasən aşağıdakı tendensiyalar özünü göstərəcək.

ABŞ-İran: toqquşmaya doğru

ABŞ-ın rəhbərliyi altında başlanmış sanksiyalar kampaniyası İrana zərər verəcək, amma İran hökumətinin devrilməsinə gətirib çıxarmayacaq. Hərçənd bu, ölkənin iqtisadiyyatı üçün çox ağır olacaq. ABŞ sanksiyaları kəskinləşdirərək İranı danışıqlar masasına qaytarmağa ümid edir. Amma bu siyasət işləməyəcək. İranın kəşfiyyat və təhlükəsizlik xidmətləri əlavə gücləri alaraq, ölkə üzərində artan təzyiq şəraitində öz müdafiə strategiyasını möhkəmləndirəcək.

Tehranda Qərbin sanksiyalarına ABŞ və onun Fars körfəzindəki müttəfiqlərinin gəmilərinə qarşı narahatedici hərəkətlərlə cavab vermək istəyi yaranacaq. Bu cavab həmçinin, ballistik raketlərin sınaqlarının keçirilməsi və ya nüvə sahəsində işlərin yenilənməsi ilə ola bilər. Amma buna tamamilə ehtiyac olduğu halda gedəcək. Tehran hələ ki, kibermüharibə, gizli əməliyyatların keçirilməsinə və öz regional əlaltılarının köməyi ilə ABŞ, İsrail və Fars körfəzi ölkələrinə cavab zərbələrinə hazırlıqla məşğul olacaq. İran özünə qarşı hərbi zərbəni provokasiya etmək istəmir, amma 2019-cu ildə Avropa İttifaqı tərəfindən siyasi dəstək zəifləyəcək. Tehran qətiyyətli və daha təsirli cavab ölçüləri tətbiq edəcək.

ABŞ regional müttəfiqləri gücləndirir

ABŞ öz regional strategiyasını həyata keçirərək müttəfiqlərin iki qrupuna dəstək göstərəcək. Birinci qrupa İranın hərəkətləri ilə narahat olan və ən sərt anti-İran siyasəti həyata keçirməyə hazır olan müttəfiqlərə aiddir. Bu, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir.

Küveyt, Oman və Qətərin yer aldığı müttəfiqlərin ikinci qrupu da İrana qarşı sərt hərəkət etməyə hazırdır. Bu ölkələr bəzi regional münaqişələrdə və böhranlarda ABŞ-a strateji, diplomatik və iqtisadi kömək göstərə bilər.

Səudiyyə Ərəbistanı diqqət mərkəzində

2019-cu ildə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman haqqında artan narahatçılığı zəiflətməli olacaq. Səudiyyə jurnalisti Camal Qaşıqçının qətlindən sonra şahzadənin bütün hərəkətləri ona yüksək beynəlxalq diqqəti cəlb edəcək. O, əvvəlki kimi Səudiyyə monarxiyasında yüksək yer tutur, ancaq onun mövqeləri onsuz da ata kral Salmanın dəstəyindən asılıdır. Eyni zamanda, kral ailəsinin daxilində müqavimət güclənməyə davam edir. Ər-Riyadın bəzi əsas müttəfiqləri Səudiyyə Ərəbistanına hərbi köməyi və birbaşa xarici investisiyaları məhdudlaşdıracaq, ancaq ən əhəmiyyətli əlaqələr çətin ki, ciddi dəyişikliklərə məruz qalacaq.

Suriya qazanının qaynayan suyu bayıra tökülə bilər

Suriya vətəndaş müharibəsinin yekun mərhələsində bu ölkəyə təsir və nəzarət üçün əsasən beş dövlətlə mübarizə aparır: Türkiyə, Rusiya, Birləşmiş Ştatlar, İsrail və İran. Moskva və Tehran Suriya prezidenti Bəşər Əsədi möhkəm dəstəkləyir, amma onlarda dəstəyin səviyyəsi müxtəlifdir və müxtəlif hədəfləri var. Rusiya Yaxın Şərqdə öz təsirinin genişləndiriilməsi üçün Suriya münaqişəsindən istifadə etdi və öz nailiyyətlərini, Suriyada olan hərbi texnikasını və əmlakı müdafiə edəcək. Hərçənd Moskva Türkiyə, ABŞ və ya İsraillə açıq münaqişəyə daxil olmaq istəmir. İran Dəməşqi dəstəkləyərək daha çox təcavüzkarlıqla hərəkət edir. Tehran Suriyada öz qruplaşmasını gücləndirməyə, İsrail isə İranın planlarına mane olmağa çalışacaq.

Türkiyə və Birləşmiş Ştatlar əvvəlki kimi Əsəd hakimiyyətinə qarşı çıxacaqlar. İki ölkə NATO üzrə müttəfiq olsalar da, Suriyada onların hər birinin öz hədəfləri və niyyətləri var. Birləşmiş Ştatlar bu ölkədə Tehranın təsirini zəiflətməyə çalışır. İrana qarşı hərəkətlər ABŞ və Rusiya arasında gərginliyi artıra bilər. Moskva İranı Suriyadan çıxartmaq istəmir. Dekonfliktizasiya üzrə səylərə baxmayaraq, Amerika və Rusiya qoşunlarının iştirakıyla hərbi toqquşma əvvəlki kimi mümkündür.

2019-cu ildə Suriyada böyük dövlətlərin iştirakıyla münaqişə alışması istisna edilmir. Türkiyə əvvəlki kimi, Suriyada kürd güclərinə (PKK/PYD terror təşkilatı –red.) qarşı mübarizəyə köklənəcək. Bu, ABŞ üçün problemlər yaradır. Türkiyə Suriyanın şimal-qərbində İdlib əyalətini qorumağa söz verib, amma vilayət Türkiyə üçün tamamilə gərginlik mərkəzi ola bilər. Dəməşq ölkəni tamamilə öz nəzarəti altına almağı qarşısına məqsəd qoyub. 2019-cu ildə Suriyada dövlətlərarası qarşıdurma ehtimalı heç vaxt olmadığı qədər böyük olacaq, hərçənd tərəflərdən hər biri bundan qaçmağa çalışacaq.

2019-cu ildə “Stratfor”un əlavə proqnozları

– Səudiyyə Ərəbistanı xarici təchizatçılardan daha az asılı olmaq üçün şəxsi müdafiə sənayesinin yaradılması üzrə səyləri davam etdirəcək.

– İsrail infrastruktur layihələrinin reallaşdırılmasına investisiyalar axtarmalı olacaq. Amma əgər o pulu Çindən götürməyə başlayarsa, bu ABŞ tərəfindən cəza ölçüləri ilə nəticələnə bilər.

– Qaşıqçı işi ABŞ-ı Yəməndə müharibəyə öz münasibətini təkrar gözdən keçirməyə məcbur edəcək.

– İranın raket arsenalı İsrailin təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bu, xüsusilə onunla bağlıdır ki, Tehran regiondakı əlaltılarına silah çatdırır. İsrail belə təhlükənin aradan qaldırması üçün bütün lazımlı ölçülərə təşəbbüs edəcək.

– İraqın yeni hökuməti ölkədə rəqabət aparan xarici güclər arasında balansı tapmağa çalışacaq.

– Öz aralarında rəqabət aparan qruplaşmaların birləşməsi üzrə Liviyanın çətin mübarizə Fransa və İtaliya arasında rəqabət üzündən daha da çətinləşəcək.

Ən əhəmiyyətli tarixlər

Yanvar. “Ərəb NATO”-su adlandırılan Yaxın Şərq strateji ittifaqın birinci görüşü ola bilər.

Yanvar. Afrika İttifaqının dövlət başçıları Misirdə görüş keçirəcəklər.

17-22 fevral. Parisdə Çirkli Pulların Yuyulmasının qarşısının alınması ilə bağlı Maliyyə Qrupunun (FATF) plenar iclası olacaq. İclasda İranın statusu müzakirə ediləcək.

Mart. Türkiyədə yerli hakimiyyət orqanlarına seçkilər keçəcək.

Aprel. Əlcəzairdə prezident seçkiləri olacaq.

Avqust. İran Hörmüz boğazında illik hərbi dəniz təlimlərini keçirəcək.

Noyabr. İsrail parlamentinə seçkilər keçiriləcək.

Naməlum tarix. İranda 2020-ci il parlament seçkilərinin tarixi elan ediləcək.

Əvvəlki yazı

İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

Sonrakı yazı

Bu gün Heydər Əliyevin vəfatının ildönümüdür…

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.