20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ, İSRAİL VƏ BÖYÜK BRİTANİYA TƏYYARƏLƏRİ İRANI BOMBARDMAN ETMƏK MƏŞQİ KEÇİR –Tehran ölkəni qorumağa hazırlaşır – Araşdırma

04 İyul 2019, 19:17
Araşdırma
A A
ABŞ, İSRAİL VƏ BÖYÜK BRİTANİYA TƏYYARƏLƏRİ İRANI BOMBARDMAN ETMƏK MƏŞQİ KEÇİR –Tehran ölkəni qorumağa hazırlaşır – Araşdırma

Aleksandr Şarkovski

Nezavisimaya gazeta, 04.07.2019

 

İsrail İslam Respublikasına qarşı hərbi əməliyyatlara hazırlaşır. Yəhudi dövlətinin mətbuatı ABŞ, İsrail və Böyük Britaniya HHQ-ə məxsus  çoxfunksiyalı beşinci nəsil qırıcı-bombardmançıların Suriya və İran üzərində birgə uçuşundan xəbər verir. Bu zaman göstərilir ki, təyyarələr döyüş mühiti şəraitində qarşılıqlı fəaliyyət hazırlayır. Pentaqon əvvəllər 12 ədəd “F-22”-i Qətərdəki əl-Udəyd hərbi bazasına göndərib. Qüds (mətndə belədir. Təl-Əviv-tərc.) Rusiya hərbçilərini bölgədə hava naviqasiyasına mane olan radioelektron mübarizə sistemindən istifadədə ittiham edib. Dəməşq ötən ilin sonunda Rusiyadan alınmış S-300 zenit raket kompleksinin istismara tam hazır olduğunu bildirir. Moskva Tehrana S-400 ZRK tədarükü imkanını istisna etmir.

İsrailin diplomatik idarəsinin başçısı Kats Qretsliyada milli təhlükəsizlik, bölgəsəl və beynəlxalq problemlər üzrə Konfransda İranın Fars körfəzi ölkələrinə və İsrailə qarşı savaşa başlaya biləcəyi və qabaqlayıcı hərəkətlərə hazır olmağın gərəkdiyi haqda bəyanat verib. “Biz buna hazır olmalıyıq və İsrail Dövləti buna görə də eskalasiya(hərbi münaqişə-NG.) zamanı qaçılmaz ssenarilərə reaksiya verməli olacağı hal üçün öz hərbi gücünü artırır”. Kats SAXAL radiosunun efirində çıxış edərək söz verib ki, yəhudi dövləti “hətta təkbaşına hərəkət etməli olarsa da, İrana nüvə silahın yaratmaq imkanı verməyəcək”. “Mossad”ın (İsrailin  xarici kəşfiyyatı) direktoru İosif Koen bir gün qabaq həmin konfransda bütünlükdə bölgə üçün İran təhlükəsindən danışıb.

Qüdsün (Təl-Əvivin-tərc.) Tehrana münasibətdə siyasəti dəyişilməz qalır və güzəşt imkanlarını nəzərdə tutmur. İsrail hökumətinin İrana qarşı sərt durmaq niyyətinin ciddiliyinə şübhə etmək lazım gəlmir.

Həm də “Haaretz” nəşri hərbi qaynaqlara istinadən İsrail, Amerika və Britaniya HHQ F-35 bölmələrinin Suriya və İraq əraziləri üzərində son zamanlar həyata keçirilən birgə uçuşları haqda bildirir. Bəllidir ki, ABŞ-ın beşinci nəsil F-35 bombardmançılarını satdığı bütün ölkələr avtomatik şəkildə onlardan isitfadənin Birləşmiş Döyüş Proqramına qoşulur. Bu növ bütün təyyarələrin elektron kompleksləri vahid idarə sisteminə inteqrasiya olunmaq imkanını nəzərdə turur.

Britaniya Kral HHQ-nin altı F-35B qırıcısı mayda Kiprə “Akrotiri” bazasına gəlib. Onlar “İldırımsürətli şəfəq” əməliyyatı çərçivəsində hərəkət edirlər. Birləşmiş Krallığın Müdafiə Nazirliyinin inandırmalarına görə, Britaniya F-35-ləri artıq ümumi uçuşu 225 saat olan 95 uçuş edib. İsrailin beşinci nəsil qırıcı-bombardmançıları  öz aerodromlarından hərəkət edir, Amerikanınkılar isə BƏƏ-də ABŞ HHQ-nin bazasında mənzillənib.

Amerika mətbuatı ötən həftə 12 ədəd F-22 “görünməz” qırıcının Qətərdəki əl-Udəyd bazasına göndərildiyi haqda məlumat verib. Bu təyyarələr “hava-hava” sinifli döyüş sursatı ilə silahlanıb, böyük sürətlə uçur, yüksək manevrə malikdir və zərbə aviasiyasının əməliyyatını qorumaq üçün nəzərdə tutulub. F-35 çoxfunksiyalı qırıcıları “hava-səth”sinifli döyüş sursatı daşıyır, əslində, cəbhə bombardmançıları funksiyasını yerinə yetirir və F-22 ilə qoşquda (birləşmiş idarəçilik sistemi nəzərə alınmaqla) qorxunc qüvvəni təmsil edir.

Yəhudi dövlətinin hərbi idarəsi göstərir ki, beşinci nəsil təyyarələr Suriya HHM S-300 ZRK üçün görünməz olaraq qalır. Dəməşq bildirir ki, səbəblərini izah etmədən bu kompleksdən bilə-bilə istifadə etmir. Yeri gəlmişkən, İsrail hərbçiləri keçən həftə hərbi və mülki təyyarələrin naviqasiyası ilə bağlı meydana çıxan problemlər haqqında məlumat veriblər (GPS-nin işində kəsintilər müşahidə olunub).

Türkiyə və Kipr üzərində səmada buna oxşar nəsə qeydə alınıb. SAXAL təmsilçiləri güman edirlər ki, buna səbəb RF HKQ-nin Xmeymim bazasında düzülmüş radioelektron mübarizə vasitələrinin qoşulması olub. Rusiya tərəfi bu ittihamları rədd edib.

Tamamilə aydındır ki, Tehran “əlini yanına qoyub oturmayıb” və öz ölkəsini qorumağa hazırlıq görür. Habelə qeyd etməyinə dəyər ki, İranın raket güclərinin idarə edilməsi sisteminə  uğurlu kiberhücum haqda Vaşinqtonun bu yaxınlardakı bəyanatı Tehran tərəfindən nə təsdiq, nə də təkzib olunub. Rusiya müdafiə kompleksi təmsilçisinin S-400 ZRK əldə etməyə İranın bildirişini nəzərdən keçirməyə hazır olduqları haqda bəyanatı da gözdən yayınmayıb – belə bir bildiriş daxil olarsa.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Prezident Fazil Mustafanı təltif edib

Sonrakı yazı

Masonlar Azərbaycanda toplantı keçirib – Boqdanov Bakıya niyə gəlib?

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.