12-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ İranda mini-çevrilişə can atır – 23 trilyonluq borc…

22 Noyabr 2019, 11:55
Dünya, Manşet
A A
ABŞ İranda mini-çevrilişə can atır – 23 trilyonluq borc…

Ergün Diler

“Takvim”, Türkiyə, 21 noyabr 2019-cu il

 

ABŞ-ı yaxşı anlamaq və məqsədinin nə olduğunu öyrənmək üçün iqtisadçıların səhnəyə çıxması lazımdır. ABŞ-ın bütün məqsədi dolları qorumaq, istifadə etmək və özünə aid olmayan pulu xərcləməyə davam etməkdir.

ABŞ çox uzun müddətdir özünə aid olmayan pulu istifadə edərək, rifahını təmin etməkdədir. Bunu bilməli olan hər kəs bilir. Hazırda etməyə çalışdıqları da elə budur.

ABŞ enerjiyə oktapod kimi sarılaraq, dövlətlərin “aortalarına” hökm etmək istəməkdədir. Beləliklə, II Dünya Müharibəsindən sonra qurduqları sistemin davam etməsini nəzərdə tuturlar. Motivasiyaları budur.

İstanbulda boy göstərmələrinin səbəbi də budur. İstanbulun mərkəzində törədilən Ceyms Edvard Qustav Le Mezurye sui-qəsdi adi bir hadisə kimi göstərilməyə çalışılsa da, çox effektli bir həmlə idi.

ABŞ-ın yeganə güc olmaq üçün atdığı addımlardan biri olan bu sui-qəsddən 18 il öncəyə gedək.

2001-ci ildə ABŞ-ın xarici borcu 7,7 trilyon dollar idi. Davamlı artan bu borcun azalması dünyadakı enerji mənbələrinin nəzarətə götürülməsi və Çinin idarə edilən gücə çevrilməsilə mümkün ola bilərdi. Bu səbəblə, 11 sentyabr hücumları təşkil edildi.

ABŞ xalqının 65%-i 11 sentyabr hücumlarının “dərin Amerika” tərəfindən edildiyini bilir. Amma bizlər bunu illər öncə söyləyəndə, anlamayan çox idi. Buna “zamanın ruhu” deyərək, keçək. 11 sentyabr hücumlarından bir neçə ay öncə Daniel Payps və Stiven Emerson maraqlı bir yazı qələmə aldı. Yazıda, belə demək mümkündürsə, Əl-Qaidənin “Göydələnlər necə çökdürülə bilər?” çalışması üzərində işlədiyinin altı cızılırdı. Bu edilərkən Manhettendəki Dünya Ticarət Mərkəzinə işarə edilirdi. Yəni, ABŞ 11 sentyabrı, media vasitəsilə yeni dünya nizamına keçməyi planlaşdırırdı. Yeni dünya nizamı “yeni media nizamı” ilə qurulurdu.

ABŞ mediasının dünyadakı təsirli qurumları olan “New York Times”, CNN, “Washington Post”, “Wall Street Journal” və Fox 11 sentyabr hücumlarından öncə Əl-Qaidə ilə Manhetteni bir araya gətirirdi. Hücumlar üçün infrastrukturun hazırlanması işi sürətli şəkildə tamamlanırdı.

“Dərin Amerika” gözləniləni həyata keçirdi və təyyarələr Dünya Ticarət Mərkəzinə girdi. Bir terror təşkilatı düşünün, “Əkiz qüllələr”i vururdu və ikisi də çökürdü. Komanda mərkəzi isə Tora-Bora idi.

Əl-Qaidənin istifadə etdiyi iddia edilən təyyarələr nə üçün sadəcə daha 3,5 dəqiqə uçaraq, Manhettəndən 70-80 km uzaqda yerləşən  Byukenendəki “Indian Point” AES-i bombalamırdı? Bunu soruşan bir kimsə yoxdur. Bu həyata keçsəydi, ən azı, 100 min, bəlkə də, 1 milyon adam həyatını itirəcəkdi. Ancaq “dərin Amerika” hücumun səs çıxarması üçün 3 min adamı qurban verə bilirdi. Bunu daha da artırmaq istəmirdi.

Hücumdan bir neçə saat sonra Əl-Qaidə və Üsamə Bin Ladenin adı açıqlandı. Dünya ABŞ-ın yanında idi. Uydurulan sənədlər artıq rəsmiləşəcəkdi. ABŞ Əfqanıstan və İraqı işğal etdi. Neftə əl qoysa da, ABŞ istədiyini əldə edə bilmirdi. 3 il içində borcu 8 trilyon dollara çıxırdı. ABŞ hərbi əməliyyatlar keçirdikcə, borc qatlanaraq daha da artırdı. ABŞ-ın hərbi əməliyyatları davam etdirdiyi 18 il ərzində borcu qatlanaraq artdı. Qısa müddət öncə açıqlanan hesabata görə, ABŞ-ın borcu artıq 23 trilyon dolları aşmışdır.

ABŞ Maliyyə Nazirliyinin önəmli iqtisadçıları ölkənin iflas həddində olduğunu söyləyirlər. Bu səbəblə, yeni bir yol tapmaq lazımdır. ABŞ İrana qarşı əməliyyat keçirmək istəyir, ancaq bunu hərbi yolla etmək istəmir. İranda başlayan üsyanlarla mini-çevrilişə nail olmaq niyyəti vardır. Bütün plan bu yöndə irəliləyir.

Eyni plan İraq üçün də keçərlidir. Suriya onsuz da BMT-yə “dönübdür”. Suriya neft baxımından deyil, geopolitik baxımdan önəmlidir. Bu gün ABŞ, Rusiya, İran, Türkiyə və Fransanın Suriyada hərbi bazaları vardır. Suriyada 9 hərbi bazası olan Fransa Türkiyəyə “Suriyada nə işin var?” deyə bilir. Lakin həmin Fransanın bu məsələ ilə bağlı ABŞ, Rusiya və İrana qarşı səsi çıxmır. Çünki Fransa kürdlər üzərində olan təsirindən istifadə etmək istəyir.

ABŞ da Rusiya və İranla qarşı-qarşıya gəlmək yerinə, Türkiyəni hədəf seçir. Çünki Türkiyə ilə Aralıq dənizində qarşı-qarşıya gəlmək üzrə olan bir Fransa vardır. Kürdlər üzərində təsirə malik olan Fransa Türkiyə daxilində də qarışıqlıq yaratmaq üçün əlindən gələni edəcəkdir, etmək istəyəcəkdir…

Təkrar başa dönək. Günlərdir haqqında yazdığımız Ceyms Edvard Qustav Le Mezurye sui-qəsdi üzərində dayanaq.

Fransız gizli xidməti son “Ceyms Bond”un Karaköydə öldürüləcəyini öyrəndi. Bu məlumatı əldə etdikləri anda öz planlarını dövrəyə soxmaq üçün addım atdılar. Fransa bu sui-qəsdin nəticəsində Türkiyəni hədəfə qoyacaqdı. Fransız gizli xidməti çox önəmli, tanınan bir kürdü (ölüsünü – tərc.) Ceyms Edvard Qustav Le Mezuryenin cəsədinin yanına buraxacaqdı.

Sui-qəsd planını hazırlayan ABŞ Rusiyanın günahlandırılmasının önünü açarkən, Fransa da önəmli bir kürd vətəndaşı vasitəsilə Türkiyəni ittiham edəcəkdi. Ancaq Fransa kəşfiyyat qrupu Türkiyənin o kürd vətəndaşını Diyarbəkirdən İstanbula gətirə bilmədi.

Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) 2013-cü ildə Parisdə PKK-çı Səkinə Cansız, Fidan Doğan və Leyla Söyləməzi öldürən xüsusi əməliyyat qurumuna bu tapşırığı verməsi  hadisənin böyüklüyünü ortaya qoyurdu. Ancaq o şəxs qaçırıla bilməyincə, plan boşa çıxdı. Diyarbəkirə gedənlər həmin şəxslə görüşmək üçün “Dəmirtaşdan önəmli mesajlar var” deyərək, qapını aralamq istədilər, lakin alınmadı. Karaköydə sadəcə Ceyms Edvard Qustav Le Mezuryenin cəsədi tapıldı.

Yaxşı, bəs oyun bitdimi? Əlbəttə, xeyr. Davam edəcək. Həm də şiddətli formada…

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Benzindaşıyan maşın yandı: ölü, yaralı var – Video

Sonrakı yazı

Ata Abdullayevə diplomatik pasportu kim verib? – Qalmaqal

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.